Yol hərəkəti qaydalarını pozanlara qarşı lazımi tədbirlər görülür
Tarix: 16.01.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Ötən il Bakıda 235 avtoxuliqanlıq faktı aşkar edilib. Yol hərəkəti qaydalarını pozduqlarına görə 20 və daha çox cərimə balı toplayan 590 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, 2014-cü il ərzində Bakıda yol hərəkəti qaydalarının pozulmasına görə təhkim edildikləri ərazilərdə yol-patrul xidməti müfəttişləri tərəfindən 748994 inzibati protokol tərtib edilib: "Yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə yol polislərinin həyata keçirdikləri tədbirlər nəticəsində avtomobili sərxoş halda idarə edən 6689 sürücü, qəza şəraiti yaradan 3866, polisin qanuni əmrinə tabe olmayan 5681, dəmiryol keçidi qaydalarını pozan 120, işıqforun qırmızı işığında keçən 12309, sürət həddini aşan 1851, sərnişindaşıma qaydalarını pozan 2353, avtomobili dövlət nömrə nişanı olmadan idarə edən 718, avtomobili müvafiq sənədlər olmadan idarə edən 5675, yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə-manevretmə qaydalarını pozan 3203, avtomobili pərdə-plyonkalı idarə edən 1494, yolayrıcılarını keçmə qaydalarını pozan 118246 və digər qayda pozuntularına görə 6984, ümumilikdə isə 123300 sürücü, eləcə də yol hərəkəti qaydalarını pozan 137034 piyada aşkar edilərək inzibati məsuliyyətə cəlb olunub".
Bölmə rəisi qeyd edib ki, ötən il yol hərəkəti qaydalarının pozulmasının aşkar edilməsi sahəsində müşahidə kameraları istifadə edilməklə videonəzarətin tətbiqi sayəsində 348191 yol hərəkəti qaydalarının pozulması faktı aşkar edilib. Yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində fotomaterial hazırlanaraq lazımi tədbirlər görülüb.
Qeyd edək ki, 2014-cü il ərzində Bakıda 901 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 313 nəfər ölüb, 894 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş vermiş yol qəzalarında ölən 313 nəfərdən 221-si kişi, 76-sı qadın, 16-sı uşaq, xəsarət almış 894 nəfərdən 570-i kişi, 258-i qadın, 66-sı uşaq olub. 2013-cü illə müqayisədə hadisələrin sayı 110 fakt (10,9%), ölüm 29 fakt (8,5%), xəsarət 106 fakt (10,6%) azalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info