İçərişəhər «Cümə» məscidinin dini icması xalqa müraciət edib
Tarix: 16.01.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Xalqımız 20 Yanvar hadisələrinin ildönümünü qeyd edir. Bu faciə ölkəmizin hər yerində, o cümlədən də dini inanc yerlərimiz olan məscidlərimizdə də qeyd olunur. İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli faciənin ildönümü ilə bağlı bildirib: Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar şəhidləri tək Azərbaycanın deyil həmdə islam aləminin şəhidləri kimi tanınmalıdır. Çünki o faciədə şəhid olanlar müsəlman və İslam tarixinin ən böyük faciəsi olan Kərbəla faciəsinin sultanı imam Hüseyn(ə)ın məktəbindən dərs almış qəhrəmanlar idilər. Keçən 25 il ərzində hər sahədə inkişaf edən Azərbaycan xalqı öz milli və mənəvi dəyərlərinə sadiq olaraq öz şəhidlərinə borclu olmalı və şəhidlərimizi hörmət və ehtiramla anmalıdırlar. Hər bir millətin tarixində həm faciəvi məqamlar həmdə qəhrəmanlıq səhifələri olub. Çox nadir hallarda bu iki məqam üst üstə düşür. 20 Yanvar gecəsi Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmalıq salnaməsi yazıldı. Azərbaycan xalqı qorxmaz, mətin və iradəli xalq kimi bütün dünyaya öz şəhidləri və igidləri ilə tanındı. Ümid edirəm ki, şəhidlərimizdən qəhrəmanlıq dərsi alan Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edildiyi vaxt bir daha öz qəhrəmanlığını göstərərək birdaha azad və sağlam cəmiyyətkimi tanınacaq. İçərişəhər "Cümə" məscidi dini icması adından Azərbaycan xalqına şəhid ailələrinə və dünya müsəlmanlarına 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq başsağlığı deyirik və bütün şəhidlərimizə Allahdan rəhmət ailələrinə səbr diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Nigar





 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info