Modest Kolerov: ”Mən belə yazmamışam...”
Tarix: 16.01.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Dünən bəzi xəbər saytlarında tanınmış rus politoloqu Modest Kolerovun Ermənistanda cərəyan edən son proseslər barədə və ümumiyyətlə erməni tarixi, xalqı, dövləti haqqında sensasion bəyanatla çıxış etməsi haqqında yazılar yayımlandı. Açığı məqalədə səslənən fikirlər düzgün analiz olsa da və məsələlərə tarixi cəhətdən doğru yanaşılsa da, daim ermənilərə yaxınlığı ilə seçilən bir politoloqun belə kəskin çıxış etməsi bizdə şübhə doğurdu. Qısası, bu cür “stil” Modest Kolerova məxsus deyil. Onun bu bəyanatını biz də yayımlamaq istəsək də, heç bir mənbəyə rast gəlmədik. Hazırda informasiya savaşının həssas dönəmi olduğunu nəzərə alsaq, bu cür əsası olmayan xəbərlərin yayımlanması da düzgün deyil. İnformasiya müharibəsində ehtiyatlı olmaq lazımdır və hansısa ekspertin və ya tanınmış şəxslərin adı ilə məqalələrin KİV-ə verilməsi sonda bizim əleyhimizə işləyə bilər. Əgər kimsə Rusiya KİV-i və ya digər ölkələrin KİV-nə bu tip açıqlamalar verirsə, onu istinadla vermək lazımdır ki, sonda çətin duruma düşməyək. Bir daha qeyd edirik ki, bəzən tanınmış saytlarda belə, mənbəyi olmayan yazılara rast gəlinməsi bizim əleyhimizə işləyən amil olur. Çünki qısa araşdırmamızda ona da şahid olduq ki, politoloq “Facebook”da Azərbaycan KİV-də gedən bu məqalə haqqında paylaşım edərək, təhqiramiz formada onun adından bu cür yazının paylaşılmasına etiraz edib...

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib
18.02.2020
ÜmumAvropa Qarabağ mitinqi-Berlin, 22 fevral 2020
18.02.2020
Tural İsmayılov: “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”
18.02.2020
Əliyev-Paşinyan debatında diqqətdən qaçan məqam
17.02.2020
MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info