Messiyə super təklif: 728 milyon dollar!
Tarix: 16.01.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Barselona"nın futbolçusu Lionel Messi haqda sensasiyalı iddia yayılıb. İngiltərənin "The Sun" qəzeti "Mançester Siti"nin argentinalı hücumçunun transferi üçün 480 milyon funt-sterlinq (təqribən 728 milyon dollar) ödəməyə hazır olduğunu yazıb.
"Mançester Siti"nin ərəb sponsorlarının dəstəyi ilə Messinin heyətinə cəlb etməsinin mümkünlüyü ifadə edilib. İngiltərə klubunun 27 yaşlı oyunçunu Argentina millisindəki komanda yoldaşı Serxio Aquero vasitəsi ilə bu transferə razı salmağa çalışacağı bildirilib. Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini son açıqlamasında Messini ala biləcək imkanda olduqlarını söyləyib. "Barselona"nın prezidenti Josep Mariya Bartomeu isə argentinalı hücumçunun Kataloniya klubundan ayrılmağı düşünmədiyini bildirib: “Messi mənə dedi ki, “Barselona”da qalmaq istəyir. O, bizim kluba sadiqdir”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info