“Elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərin sayı 398-ə çatıb”
Tarix: 19.01.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Azərbaycanda “Elektron hökumət” portalına qoşulan qurumların sayı il ərzində 6 qurum artaraq 46-ya, Nazirlər Kabineti tərəfindən təsdiq olunan xidmətlərdən portala inteqrasiya olunanların sayı 37 ədəd artaraq 322-yə çatıb.
Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib. Onun sözlərinə görə, ümumilikdə “Elektron hökumət” portalına inteqrasiya olunan xidmətlərin sayı isə 114 ədəd artaraq 398-ə çatıb: “2014-cü il ərzində elektron xidmətlərdən istifadə sayı 1 milyondan 6,7 milyona qədər artıb, e-hökumət portalına daxil olan istifadəçilərin sayı isə 0,8 milyon nəfər artaraq 1,14 milyon nəfəri ötüb”. Nazir bildirib ki, əhaliyə verilmiş e-imzaların sayı 10 941 ədəd artırılaraq 28 579 ədədə çatdırılıb: “ASAN” imza ilə birlikdə əhaliyə verilmiş e-imzaların sayı isə 140 mini ötüb. Hesabat dövründə “Mobil hökumət” texnologiyasının tətbiqi məqsədilə “Elektron hökumət” portalının mobil tətbiqi hazırlanıb və 10 e-xidmət daxil edilib. Ə. Abbasov deyib ki, bu il xidmətlərin sayının 40-a çatdırılmasının nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info