Sahil məntəqəsində stasionar radiomonitorinq məntəqəsi yaradılacaq
Tarix: 19.01.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib. Onun sözlərinə görə, 2014-cü il ərzində ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 26-sı rəqəmli verici olmaqla 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib: “Ölkədə rəqəmli televiziyaların əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb”. Ə. Abbasov qeyd edib ki, dövlət büdcəsindən ayrılmış 8 mln. manat vəsait hesabına Bakı və Abşeron yarımadasını əhatə edən Radiomonitorinq Şəbəkəsinin qurulması məqsədilə Mehdiabad və Yeni Günəşli yaşayış massivlərində radiomonitorinq məntəqələri tikilib, müvafiq avadanlıqlar quraşdırılıb: “Hazırda Sahil məntəqəsində 1 ədəd stasionar radiomonitorinq məntəqəsinin yaradılması məqsədilə avadanlıqların ölkəyə gətirilərək quraşdırılması istiqamətində işlər aparılır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info