Lisenziyası olmayan 20 aptekin fəaliyyəti dayandırılıb
Tarix: 21.01.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə ötən il ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib. Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin məlumatına görə, reydlər əczaçılıq fəaliyyətinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən icra olunub.
İl ərzində yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 107 aptek təşkilatında yoxlama keçirilib. Bu yoxlamaların 71-i planlı, 36-sı isə plandankənar (qaynar xəttə daxil olan zənglər və şikayət ərizələri əsasında) olub. Yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 20 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb və apteklərin sahiblərinə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info