XİN: “Azadlıq Radiosu”nun öz əməkdaşını işğal olunmuş ərazilərə ezam etməsi qeyri-qanunidir”
Tarix: 21.01.2015 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında yanvarın 5-də verilmiş xəbərdə “Azadlıq Radiosu”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barədə xəbərlə bağlı açıqlama verib. H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının rəsmi icazəsi olmadan “Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında Qanunun pozulmasıdır. “Azadlıq Radiosu”nun bu cür qərəzli davranışı Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün problemləri və Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımızla əlaqədar məsələlərə daim laqeyd və etinasız münasibəti ilə fərqlənən “Azadlıq Radiosu” bu fotolar vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimi, təcavüzün nəticələrini təşviq edir və azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə toxunur. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra yuxarıda adı qeyd olunan şəxs “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info