Bakı Regional Peşə Tədris Mərkəzinin yenidən qurulan binası istifadəyə verildi
Tarix: 22.01.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılmış yenidənqurma işlərindən sonra burada yaradılmış şəraitə, peşə təlimi üzrə yaradılmış yeni sinif otaqları və emalatxanalara baxış olub.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək potensialının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf konsepsiyasının vacib elementlərindən olduğunu diqqətə çatdırıb: “Dövlət məşğulluq strategiyasında, ayrı-ayrı dövlət proqramlarında peşə-ixtisas təlimi sisteminin iqtisadi inkişafa uyğun təşkili prioritetlərdən biri kimi müəyyən olunub. Nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də məhz mövcud işçi qüvvəsinin əmək qabiliyyətlərinin iqtisadiyyatın tələblərinə uyğun formalaşdırılmasına yönəlib”. S.Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir il ərzində 3786 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunub. Onlardan 2 min nəfərə yaxını məhz nazirliyin Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzlərində peşə təlimi keçib: “Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Bakı və Göyçaydakı həmin mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi işləri aparılıb. Bu işlər çərçivəsində Bakı Regional Peşə Tədris Mərkəzində də yenidənqurma işləri aparılmaqla, əlavə olaraq daha 7 sinif otağı və emalatxana yaradılıb. Beləliklə, mərkəzdə müxtəlif peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı artıq 23-ə çatıb. Əgər ötən il mərkəzdə 1228 nəfər peşə hazırlığına cəlb edilibsə, bundan sonra burada ildə 2 minədək şəxsin peşə hazırlığı mümkün olacaq”.
Nazir qeyd edib ki, mərkəzdəki sinif otaqları və emalatxanalar peşə təlimi, peşələrin praktik şəkildə öyrədilməsi üçün lazımi texniki və tədris vəsaitləri ilə təmin olunub. Mərkəzdə ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim texnologiyası da tətbiq olunur ki, bu da işaxtaran şəxslərin daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnməsinə və əmək bazarına daxil olmasına imkan verir. Ümumiyyətlə, hazırda Dövlət Məşğulluq Xidməti tərəfindən 86 ənənəvi və 58 modul təlim proqramları üzrə peşə hazırlığı kursları təşkil olunur. “Ölkədə peşə hazırlığı sisteminin regionlar üzrə genişləndirilməsi, həmçinin bölgələrdə kadr hazırlığının çevik və daha səmərəli proqramlar əsasında təşkili məqsədilə “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Gəncə şəhərində də müasir tipli Peşə Tədris Mərkəzinin yaradılması nəzərdə tutulur”.
Tədbirdə çıxış edənlər işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının təmin olunmasında peşə hazırlığının önəmini qeyd edərək, Bakı Regional Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılmış işlərin nəticələrinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Sonra tədbir iştirakçıları mərkəzdə kompyuter mühasibatlığı (1C proqramı üzrə), əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, ingilis dili, elektrik, qaynaqçı, avtomobillərin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, plastik materiallardan məmulatların hazırlanması, bərbər, qənnadçı, aşbaz və digər peşələr üzrə yeni sinif otaqlarına, emalatxanalara və tədris ləvazimatlarına, mərkəzdəki yardımçı xidmət otaqlarına (həkim otağı, akt zalı, kitabxana, server otağı, bufet və s.), ayrı-ayrı peşələr üzrə təlim prosesinə baxış keçiriblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info