DSMF-yə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
Tarix: 22.01.2015 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


2014-cü ildə Dövlət Sosial Müdafiə Fond sistemi üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35% azalıb. Bu barədə jurnalistlərə açıqlamasında Fondun sədri Elman Mehdiyev məlumat verib.
E.Mehdiyev buna DSMF tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin səbəb olduğunu qeyd edərək vurğulayıb ki, ötən il ərzində Fondun 6 yeni elektron xidməti aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib. “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutduğunu bildirən Fond sədri bildirib: “2014-cü il ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb”.
E.Mehdiyev sığorta-pensiya sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin beynəlxalq təşkilatın reytinq göstəricisində də öz əksini tapdığını diqqətə çatdırıb. Belə ki, Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstərici olub.
Fond sədri həmçinin bildirib ki, DSMF bundan sonra da elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün müraciətlərə aydınlıq gətirilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

İlkin









 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info