Simeone: “Barselona”ya 4:0 hesabı ilə qalib gəlmək istəyirdim”
Tarix: 22.01.2015 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“La Liqada "Barselona"ya qarşı matçdan fərqli olaraq budəfəki oyunda yaxşı müdafiə olunduq. Ancaq hücumda qol epizodları yarada bilmədik. "Barselona" oyuna nəzarət edən tərəf idi".
İspaniya mətbuatının yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun 1/4 finalında "Barselona"da 0:1 hesabı ilə uduzduqları qarşılaşmadan sonra deyib. Argentinalı mütəxəssis ilk matçda məğlub olmalarına baxmayaraq, növbəti mərhələyə yüksəlmək şanslarının qaldığını bildirib: "Komandamın bu oyunda 4:0 hesabı ilə qalib gəlməyini istərdim. Amma rəqibimiz güclüdür. "Barselona" son zamanlar çox yaxşı təsir bağışlayır".Qeyd edək ki, günün ilk matçında "Vilyareal" və "Hetafe" üz-üzə gəlib. Bu görüşün taleyini bir qol həll edib. Brunonun matçın 85-ci dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0. Mərhələnin ən maraq doğuran oyunu Barselonada olub. Burada "Barselona" 1/8 finalda Madrid "Real"ını mübarizədən kənarlaşdıran "Atletiko"nu (Madrid) qəbul edib. Lionel Messinin görüşün 85-ci dəqiqəsində vurduğu qol "Barselona"ya minimal hesablı qələbə qazandırıb - 1:0. Günün digər qarşılaşmasında "Malaqa" və "Atletik" (Bilbao) komandaları üz-üzə gəlib. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info