Karateçilərimiz Vətənə iki bürünc medalla dönür
Tarix: 26.01.2015 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Dünya Karate Federasiyasının Parisdə keçirilən ikigünlük “Open de Paris” Premyer Liqa turniri başa çatıb. Turnirin ikinci günü Azərbaycan idmançıları üçün bir o qədər də uğurlu olmayıb.
Karate aləmində öz döyüş texnikası ilə azarkeşlərin rəğbətini qazanan Rafayel Ağayev turnirin ikinci mərhələsində rəqibinə məğlub olub. Onun komanda yoldaşı Rafiz Həsənov da meydançanı məğlubiyyətlə tərk edib. Komandaya ilk bürünc medalı 84 kiloqram çəki dərəcəsində çıxış edən Şahin Atamov qazandırıb. Keçirdiyi altı görüşdə rəqiblərinə böyük üstünlüklə qalib gələn Ş. Atamov misirli idmançı Mansur Ossalaya 1: 2 hesabı ilə uduzsa da, təsəlliverici mərhələdə hollandiyalı rəqibinə 4: 2 hesabı ilə qalib gələrək bürünc medala sahib olub. Komandamıza ikinci bürünc medalı isə 67 kiloqram çəki dərəcəsində çıxış edən Tural Ağalarzadə qazandırıb.
Ümumilikdə Azərbaycan yığma komandası medalların sayına görə 23 ölkə arasında 17-ci yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info