Azərbaycan Milli Kitabxanasında rusiyalı qonaqlarla görüş olub
Tarix: 27.01.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinski, Moskva Şəhər Jurnalistlər İttifaqının sədri, “Moskovskiy komsomoles” qəzetinin baş redaktoru Pavel Qusev və “Kommersant” nəşriyyat evinin strateji məsələlər üzrə direktoru Viktor Loşak M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.
Kitabxanadan bildiriblər ki, görüşün əsas məqsədi Milli Kitabxananın nadir kitablar fondunda mühafizə olunan qiymətli kitablarla və nadir kolleksiyalarla tanışlıq olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara kitabxananın tarixi, orada mühafizə olunan nadir kolleksiyalar və onların mühafizə vəziyyəti haqqında ətraflı məlumat verib. Kitabxananın ayrı-ayrı şöbələri ilə əyani tanış olan qonaqları Milli Kitabxanada təşkil olunan sərgilər, nadir kitablar və kitabxana muzeyi xüsusilə maraqlandırıb. On beş il əvvəl bu fondun zirzəmidə kiçik bir otaqda yerləşdiyini öz gözləri ilə gördüklərini deyən qonaqlar, hazırda həmin qiymətli kolleksiyaların 2 mərtəbədə çox gözəl şəraiti olan işıqlı otaqlarda yüksək zövqlə hazırlanmış rəflərdə mühafizə edilməsindən çox məmnun olduqlarını söyləyiblər. XIX əsrdə və XX əsrin əvvəllərində çap olunmuş bir sıra nadir kitablarda müəlliflərin avtoqraflarının olması qonaqları xüsusilə heyrətləndirib. Onlar bu kitabların titul vərəqlərindəki avtoqrafların Moskvada nəşr olunan “Pro kniqi” və “Bibliofil” jurnallarında çap olunacağını bildiriblər.
Sonra qonaqlara ilk Azərbaycan çap kitabı, habelə kitabxanada saxlanılan XVI əsrə aid ən qədim çap kitabı, miniatür kitab kolleksiyası da nümayiş olunub.
Kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Seslavinskininin yenicə çapdan çıxmış kitabının artıq kitabxananın “Yeni kitablar” sərgisində nümayiş olunması müəllifi xüsusilə heyrətləndirib.
Qonaqlar muzeyin xatirə kitabına öz ürək sözlərini yazıblar.
Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”,“Old Baku”, “Azərbaycan keçmiş əsrlərdə və bu gün. Xəritə.”, “Teppishe culture erbe” kitablarını, “Milli mənəviyyat xəzinəmiz.”, “Klassika”, “Cazz” disklərini hədiyyə edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info