Fransa Azərbaycana təşəkkür etdi
Tarix: 27.01.2015 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Fransa Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan rəhbərliyinə təşəkkür bəyanatı yayıb. Fransa səfirliyindən daxil olan bəyanatın mətnində qeyd olunur: “Parisdə törədilmiş qətllərin ertəsi günündən etibarən mənə ünvanladığınız həmrəylik və şəfqət məktubları üçün Fransa Dövləti və Fransa Səfirliyinin komandası adından sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu qətllər yalnız Fransa üçün deyil, həm də bütün dünyada dini və siyasi baxışından asılı olmayaraq azadlıq dəyərlərinə və insana hörmətlə yanaşan hər bir qadın, hər bir kişi üçün dərin hüzn idi. Birinci qətlin elan olunmasından dərhal sonra Prezident İlham Əliyev Prezident Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu ünvanlayıb, Mehriban Xanım Əliyeva qurbanların xatirəsini yad etmək üçün səfirliyə gül dəstəsi göndərib, Maliyyə Naziri cənab Samir Şərifov Azərbaycan hökuməti adından xitam kitabına dəstək sözlərini yazıb və Baş Nazirin müavini cənab Əli Əhmədov Azərbaycanın terrorizmlə mübarizədə öhdəliyini təsdiq etmək məqsədilə 11 yanvar tarixində Parisdə Respublika Yürüşündə bir çox ölkələrdən gəlmiş siyasi liderlər ilə birlikdə iştirak edib.
"Charlie Hebdo" redaksiyasında çalışan jurnalistlər ifadə və söz azadlığını müdafiə etdikləri üçün güllələr vasitəsilə qətlə yetirilmişlər və bu barbarlığı törətmiş iki terrorist islamın sülh mesajından kənar hərəkət ediblər. Kaşer mağazasının günahsız müştəriləri yəhudi olduqlarına görə öldürülüblər.
Bu barbarlığa haqq qazandırmaq mümkün deyil. İfadə və söz azadlığı Fransa Respublikasının fundamental dəyərləri olaraq, Dövlətin dindən ayrı olmasını təmin edən dünyəvilik konsepti ilə uyğunluq təşkil edir.
Bilirəm ki, "Charlie Hebdo" tərəfindən çap edilmiş peyğəmbərin çoxsaylı karikaturaları, habelə qətldən sonra sağ qalmış jurnalistlər tərəfindən hazırlanmış jurnalın ön səhifəsi dünyada və Fransada bir çox müsəlmanlara toxunub. Mən bunu anlayıram, lakin Fransanın Xarici İşlər Naziri Loran Fabius bildirdiyi kimi, burada keçilməsi mümkün olmayan hədd zorakılıqdır və zorakılığın praktikası nə bu gün nə də gələcəkdə qəbul edilməyəcək. Məhkəmənin müstəqil olduğu Fransa kimi demokratiyada qanun hər bir vətəndaşı qorumaq üçündür. Hər bir vətəndaş məhkəməyə şikayət edə bilər. Hüquqa riayət edilməsini təmin edən məhkəmədir.
Əlavə edim ki, satirik qəzet olan "Charlie Hebdo" yarandığı gündən etibarən dünyada baş verən hadisələri karikaturalar və məqalələr vasitəsilə sorğulayır, bütün mövzulara, bütün dinlərə toxunur. İslam qəzetin xüsusi hədəfi olmayıb və bu gün də deyil. Fransanın Baş Naziri Baş Assambleyanın qarşısında bildirib: müsəlmanlara qarşı yönələn hərəkətlər, antisemitizm hərəkətləri kimi qətiyyətlə cəzalandırılacaq. İlin əvvəlində baş vermiş ifadə edilməsi mümkün olmayan bu zorakılıqdan sonra arzu edirəm ki, düşüncə kortəbii zorakılığa üstün gəlsin, fərqliliyə hörmət fanatizmə üstün gəlsin və digərinə hörmət nifrətdən daha güclü olsun”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info