Norveçin 25 QHT-si Qarabağ münaqişəsinə dair bəyanat qəbul edib
Tarix: 27.01.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Norveçin 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Saqene Beynəlxalq və Multikultural Könüllülər Mərkəzi (Sagene International and Multicultural Volunteer Center – SAIFF) Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edib. Bu barədə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev bildirib.
Norveç QHT-lərinin bəyanatında bildirilir ki, “Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb”. Sənəddə qeyd edilir ki, Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili mövcud idi. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb. Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlayıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal edib.
İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıtmış, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması barədə” 1954-cü il Haaqa və “Dünya mədəni və təbii irsinin qorunması”na dair UNESCO-nun 1972-ci il konvensiyalarına ziddir.
“SAİFF”-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa Azadlıq” adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”, - deyə sənəddə bildirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info