AKP: “Türkiyənin həmsədr ölkə olması Qarabağ probleminin həllinə müsbət təsir edər”
Tarix: 27.01.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin deputatı Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri sırasına qəbul edilməsini zəruri sayır.
Parlamentin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Mustafa Kabakçı “Trend”ə açıqlamasında bildirib ki, Türkiyə kimi bir dövlətin Minsk qrupunun həmsədrliyinə gətirilməsi Dağlıq Qarabağ probleminin həllində müsbət addım ola bilər və bölgədəki münaqişənin həlli üçün əhəmiyyət kəsb edəcək.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün çalışan dövlətdir: "Bu baxımdan Dağlıq Qarabağ probleminin həllində yaxından iştirak edə bilər".
Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Bako Saakyan hətta “QHT” səviyyəsinə çata bilməyib
18.02.2020
ÜmumAvropa Qarabağ mitinqi-Berlin, 22 fevral 2020
18.02.2020
Tural İsmayılov: “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”
18.02.2020
Əliyev-Paşinyan debatında diqqətdən qaçan məqam
17.02.2020
MSK 34 saylı Xətai III Seçki Dairəsi üzrə 7 məntəqədə seçkinin nəticələrini ləğv edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info