Güləş hakimlərinin yeni statusu açıqlanıb
Tarix: 27.01.2015 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Dünya Güləş Birliyi (DGB) hakimlərlə bağlı qərarını açıqlayıb. Belə ki, ötən il keçirilən yarışlarda və hakimlik imtahanlarında göstərdiyi nəticələrə əsasən, 2015-ci il üçün hakimlik dərəcələri təyin olunub.
Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, DGB-nin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib. Yüksək dərəcə alan ədalət təmsilçiləri arasında üç hakimimiz var. DGB-də davam edən islahatların nəticəsində Olimpiya kateqoriyası “S” ilə əvəzlənib. Bu siyahıda ölkəmizi Hicran Şərifov və İntiqam Alıyev təmsil edirlər. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və iki dəfə Olimpiya Oyunlarında iştirak edib. Gənc hakimimiz İntiqam Alıyev isə ötən il Daşkənddə keçirilən dünya çempionatından sonra bir pillə yüksəlib. DGB-nin imtahanından uğurla keçən digər hakimimiz isə Asif Şirəliyevdir. O, ötən ilin iyununda Polşada keçirilmiş gənclərin Avropa çempionatında sınaqdan uğurlu çıxıb və birinci dərəcəyə yüksəlib. Yeni siyahıda Hüseynağa Əhmədovun statusu bir pillə aşağı enib. Milli dərəcəli hakim Elgün Məmmədov isə üçüncü dərəcə hakimlik adı alıb. Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info