David Şahnəzəryan: “Rusiya Ermənistana nifrət, Azərbaycana hörmətlə yanaşır”
Tarix: 28.01.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


“Qərbin Azərbaycana təsir rıçaqları heçə enib. Rusiya müxtəlif strateji istiqamətlərdə Azərbaycanla münasibətlərini genişləndirir. Buraya silah satışından tutmuş digər vacib sahələri də aid etmək olar”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnəzəryan “Birinci İnformasiya”ya açıqlamasında Gümrüdə və cəbhə xəttində baş verən son olayları dəyərləndirib. “Birinci İnformasiya” qeyd edir ki, yanvar ayı başlayandan Ermənistanda və cəbhə xəttində gərginlik səngimək bilmir, ölkə cəbhə xəttində onlarla itki verib. Hərçənd bütün mətbuatın yazmasına baxmayaraq Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində verdiyi itkiləri gizlətməyə çalışır.
Qeyd edilir ki, Ermənistanın Avrasiya İttifaqına üzv olmasının əsas qayəsi təhlükəsizliyin təminatı ilə bağlı olub. Amma bu birliyə üzv olmaq da Ermənistana kömək etmir və ölkə ciddi itkilər verməkdədir. Şahnəzəryan bu vəziyyəti dəyərləndirərkən qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqına üzv olmasının ölkənin təhlükəsizliyinə heç bir dəxli yoxdur: “Əksinə, bu vəziyyət ölkə üçün yeni təhlükələr yaradır. Təəssüf ki, biz bu təhdidlərin şahidi olmaqdayıq. Anlamaq lazımdır ki, bu addım Ermənistanın Avrasiya İttifaqına üzvlüyü deyil, dövlətçiliyinin, suverenliyinin bir hissəsinin itirilməsi deməkdir. Bu il cəbhə xəttində bizim çox itkimiz olub. Vəziyyətin gərginləşməsinin bir çox səbəbi var. Qərbdən danışsaq, onu deyim ki, son vaxtlar Qərbin Azərbaycana təsir rıçaqları heçə enib. Rusiya müxtəlif strateji istiqamətlərdə Azərbaycanla münasibətlərini genişləndirir. Buraya silah satışından tutmuş digər vacib sahələri aid etmək olar. Rusiya Ermənistana nifrət, Azərbaycana hörmətlə yanaşdığını nümayiş etdirmək üçün heç bir imkanı buraxmır. Moskva Azərbaycanla əlaqələrini möhkəmləndirərək Ermənistandan, sadəcə, Qərbə qarşı alət kimi istifadə edir. Gümrüdə faciəli günlərin yaşandığı günlərdə Rusiya nümayəndələri Azərbaycana səfər edərək müxtəlif istiqamətlərdə razılıqlar əldə etdilər. Rusiya Azərbaycan ordusu üçün müxtəlif kadrlar hazırlanmasını da üzərinə götürüb. Bu, Rusiya tərəfindən nümayişkaranə şəkildə atılmış addımlardır. Belə addımlar bundan sonra çox olacaq. Gümrü hadisələrinin fonunda biz cəbhə xəttində vəziyyətin gərginləşməsini müşahidə etdik. Bu vəziyyət Moskvanın maraqlarına xidmət edirdi. Son vaxtlar Rusiya ilə Türkiyənin münasibətlərinin inkişaf etməsi də Azərbaycanın maraqlarına xidmət edir. Türkiyə prezidenti Ərdoğan bəyan etdi ki, son 500 il ərzində Türkiyə-Rusiya münasibətləri heç vaxt bu qədər sıx və effektli olmayıb. Bu yaxınlarda Azərbaycan Prezidenti Almaniyada kansler Angela Merkellə görüşdü. Mənim təəssüratım belə oldu ki, heç xanım Merkel də, yumşaq desək, Azərbaycanı sakitləşdirmək üçün böyük səy göstərmədi”. Şahnəzəryan qeyd edib ki, Gümrü hadisələri Rusiyanın Ermənistana koloniya münasibəti göstərdiyini təsdiqləyir: “Bu hadisələr göstərdi ki, Rusiya-Ermənistan münasibətləri hüquqi məkanda deyil və Moskva bunu dəfələrlə nümayiş etdirib. Gümrüdə baş verən hadisədən sonra Rusiya məmurları dövlətlərarası münasibətlərdən yox, hüquqi əhəmiyyət kəsb etməyən “erməni-rus dostluğu”ndan danışırlar. Sərkisyan hakimiyyəti Rusiya ilə münasibətləri hüquqi müstəviyə keçirmək iqtidarında deyil”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info