Çempionumuz Avropanın simvolik komandasında
Tarix: 31.01.2015 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Avropa Voleybol Konfederasiyası (CEV) qadın klublar arasında Çempionlar Liqasının VI turunun simvolik komandasını açıqlayıb.
CEV-in qrup mərhələsinin son oyunlarının yekununa əsasən müəyyənləşdirdiyi “yeddilik”də “Rabitə”nin oyunçusu Brenda Kastilyo da yer alıb. Ulduz voleybolçu 10 qarşılaşmanın nəticəsinə əsasən tərtib olunan siyahıda ən yaxşı libero adına layiq görülüb. Bakı təmsilçisinin “Ximik”ə (Polşa) 2:3 hesabı ilə uduzmasına və Çempionlar Liqası ilə vidalaşmasına baxmayaraq, Azərbaycan çempionu bütün rəqiblərini arxada qoyub. Onun komandamız üçün hər top uğrunda döyüşməsi xüsusi vurğulanıb. CEV blokda rəqiblərimizin oyunçularını fərqləndirib. “Rabitə”nin rəqiblərindən “Ximik”in heyətində Aqnieska Bednarek-Kaja və “Agel”in (Çexiya) voleybolçusu Sonya Borovinçek “keçilməz sədd” hesab olunublar. Ən yaxşı toppaylayıcı nominasiyasında Frok Dirix (“Pyaçentsa”, İtaliya) birinciliyi ələ alıb. Hücum xəttində isə liderlərin oyunçuları “trio” təşkil ediblər. Natalya Obmoçayeva (“Dinamo” Moskva), Yelena Havelkova (“Yamamay”, İtaliya) və Karolina Kostaqrande (“Vakıfbank”, Türkiyə) rəqiblərini daima gərginlikdə saxlamaları ilə fərqləniblər.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info