Olimpiya çempionu yenidən Azərbaycanda
Tarix: 05.02.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Zoran Qayiç: “Rabitə”yə kömək etmək üçün gəlmişəm”
Azərbaycan çempionu “Rabitə”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Son illərdə Super Liqanın dəyişməz qalibi yenidən “sükanını” serbiyalı Zoran Qayiçə etibar edib. 2011/2012-ci il mövsümündə “Rabitə”də çalışan, komandanı dünya və Azərbaycan çempionu edən Olimpiya Oyunlarının qalibi ilə mövsümün sonuna kimi anlaşma əldə edilib.
57 yaşlı təcrübəli mütəxəssisin qarşısına Bakı təmsilçisini Super Liqada və CEV kubokunda qızıl medallara daşımaq tapşırığı qoyulub. Maraqlıdı ki, Qayiç 2011-ci ildə olduğu kimi, yenə də baş məşqçi postunda həmyerlisi Dejan Brdjoviçi əvəzləyib. Qeyd edək ki, 1958-ci il doğumlu Qayiç Yuqoslaviya milli komandasıyla 2000-ci il Sidney Olimpiadasının finalında adlı-sanlı Rusya komandasını yenməklə Olimpiadanın qızıl medallarına layiq görülüb. Bu möhtəşəm uğurdan bir il sonra bu komanda təcrübəli mütəxəssisin rəhbərliyi altında Avropa Çempionatının da qızıl medallarına sahib çıxıb. 2002-ci ildə komandadan ayrılan Qayiç Polşa milli komandasının da baş məşqçi postuna ən real namizədlərdən sayılır, namizədlər arasında favorit hesab edilirdi. Lakin müqavilə şərtlərində razılığa gələ bilməyən mütəxəssis dünya voleybolunda iz buraxmış Rusiya yığmasının sükanı arxasına gətirilir. Rusiya voleybol tarixinə ilk əcnəbi məşqçi kimi keçən Qayiç milli komandayla 2005-ci il Avropa çempionatının finalına yüksəlir, həlledici oyunda isə meydan sahibləri İtaliya komandasına tay-brekdə məğlub olaraq gümüş medallara sahib çıxır. 2006-cı ildə Moskvada keçirilən FİVB Dünya Liqasının yarımfinalında Braziliya milli komandasına yenilən Qayiçli Rusiya komandası bürünc medal uğrunda görüşdə Bolqarıstan millisini 3:0 hesabı ilə yenərək turniri 3-cü pillədə başa vurur. 2007-ci ildən etibarən Rusiyanın “İskra Odintsovo”, “Ural” komandalarını çalışdıran təcrübəli mütəxəssis burada da birincilərə Çempionlar Liqasının bürünc medalını qazandırıb. Qayıç, həmçinin “Arçelik”lə Türkiyə, “Olimpiakos”la Yunanıstan, “Mladost” və “Voyvodina” ilə Yuqoslaviya çempionu tituluna da yiyələnib. “Rabitə”nin yeni baş məşqçisi Zoran Qayiç təyinatına münasibət bildirib. 57 yaşlı Olimpiya çempionu ikinci dəfə Bakı təmsilçisinin “sükanı arxası”na keçməyindən məmnunluq hissi duyduğunu deyib. Onun sözlərinə görə, əsas məqsədi son illərin dəyişməz Azərbaycan çempionunun iştirak etdiyi yarışlarda yüksək pillələrdəki yerini qorumaqdı: “Artıq komanda ilə danışıqlarım yekunlaşıb. Mən “Rabitə”yə kömək etmək üçün gəlmişəm. Komandanın prezidenti Cəlil Cəfərovla bu barədə söhbətimiz olub. Əsas məqsədimiz iştirak edəcəyimiz yarışlarda özümüzü yaxşı tərəfdən göstərməkdi”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
119 yaşlı klub fəaliyyətini dayandırdı
18.10.2019
Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb
18.10.2019
“El-klasiko“ təxirə salındı
18.10.2019
Müller İngiltərə klubu ilə razılığa gəldi
18.10.2019
Azərbaycan tennisçisi ilk dəfə Avropanın istedadları siyahısına daxil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info