Bitkiçiliklə məşğul olan fermerlərin bilməli olduqları vacib şərt
Tarix: 05.02.2015 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Yüksək məhsuldarlığa nail olmaq üçün ilk növbədə əkin sahələrində analiz aparılaraq torpağın tərkibi müəyyənləşdirilməlidir. Bu, becərmə dövründə əkin sahəsinə verilməli olan mineral gübrələrin təyin edilməsi üçün olduqca vacibdir. Hazırda əksər təsərrüfatçılar gübrələnmə prosesini mütəxəssislərin nəzarəti olmadan fərdi qaydada həyata keçirir. Bu da son nəticədə torpağın şoranlaşmasına, fiziki və kimyəvi deqradasiyasına və münbitliyinin azalmasına səbəb olur.
Bu fikirləri Quba Layihə-Axtarış Kimyalaşdırma Stansiyasının direktoru Faiq Şeydayev müsahibəsində səsləndirib. Mütəxəssis bildirir ki, yüksək məhsuldarlığa nail olmaq üçün gübrələrin vaxtında verilməsi vacib şərt olsa da, bu zaman torpağın müəyyən fiziki xassələri də mütləq nəzərə alınmalıdır. Bitkilərə azot, kalium, fosfor kimi maddələrlə yanaşı, digər mikroelementlər, bor, dəmir, manqan kimi minerallar da lazımdır. Lakin bu gün fermerlər kifayət qədər məlumatlı olmadıqları üçün məhsuldarlığa təsir edən belə faktorları nəzərə almırlar. Təsərrüfatçılar becərdikləri torpağın tərkibi haqqında məlumatsız olduqları halda, kortəbii şəkildə gübrələmə prosesini həyata keçirirlər ki, bu da maddi cəhətdən səmərəsiz olmaqla yanaşı, həm də məhsulun keyfiyyətinə birbaşa təsir göstərir.
Faiq Şeydayev bildirib ki, Quba Layihə-Axtarış Kimyalaşdırma Stansiyasında Türkiyədən gətirilən müasir cihazlarla təchiz olunan laboratoriya fəaliyyət göstərir. Burada torpağın tərkibinin tam dəqiqliyi ilə analizi həyata keçirilir. İstənilən fərdi təsərrüfatçı, sahibkar stansiyaya müraciət edərək istifadəsində olan torpağın tərkibi haqqında yararlı məlumatları əldə edə bilər. Bunun üçün ya stansiyanın mütəxəssisləri əraziyə dəvət olunmalı ya da torpaqdan nümunə götürülərək laboratoriyaya gətirilməlidir. Torpağın tərkibinin analizi ödənişsiz həyata keçirilir.
Mütəxəssis deyib ki, analiz aparıldıqdan sonra fermerə konkret müəyyənləşdirilmiş gübrələmə sxemi təqdim edilir. Burada məqsəd bol məhsul əldə etməklə yanaşı, yetişdirilən məhsulun kimyəvi tərkibinin də zənginliyinə nail olmaqdır. Bəzən fermerlər bol məhsul əldə etmək üçün yüksək dozada gübrələr verirlər ki, bu da məhsulda zəhərli mikroelementlərin olmasına gətirib çıxara bilər.
Faiq Şeydayev əlaqədar dövlət orqanlarının bu sahədə mütəmadi maarifləndirici layihələr və proqramlar həyata keçirdiyini qeyd edib. Onun sözlərinə görə, kifayət qədər biliyə malik olmayan fermerin mütəxəssislərlə məsləhətləşməklə, aqrotexniki qaydalara düzgün riayət etməklə yüksək nəticələr qazana biləcəyinə əmindir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info