Bakıda Elektron Hökumət Təlim-Tədris Mərkəzi açılıb
Tarix: 06.02.2015 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Bakıda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, mərkəz Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Koreyanın Xarici İşlər Nazirliyi arasında 2013-cü ilin aprelin 18-də imzalanan “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılmasına dair Qrant Razılaşması” çərçivəsində yaradılıb. Nazir əlavə edib ki, qrant razılaşması əsasında Bakı şəhəri və 15 region daxil olmaqla (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəki) ümumilikdə 17 mərkəz qurulmuş və ümumi şəbəkədə birləşdirilib. Ə.Abbasov həmçinin qeyd edib ki, hazırda bu mərkəz Azərbaycan regionları əhatə edən və müasir avadanlıqlarla təchiz edilmiş yeganə mərkəzdir. Onun mövcud potensialından istifadə edərək ilk növbədə dövlət qulluqçuları üçün İKT üzrə bilik və bacarıqlarının artırılması, e-hökumət həllərinin inkişafı, elektron xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, onlara lazımi metodiki köməkliyin göstərilməsi və s. həyata keçiriləcək.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov isə bildirib ki, mərkəz ümumi məqsədlərimizə xidmət edəcək. Burada göstərilən xidmətlərdən bütöv cəmiyyətimiz yararlanacaq.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan hökuməti ilə bir neçə qrant razılaşması imzaladığını və Azərbaycanda qrant layihələrini uğurla icra etdiyini bildirməkdən şərəf duyduğunu vurğulayıb. Səfir bildirib ki, bunlardan biri də “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması” layihəsidir. Bu layihənin uğurlu icrası ölkələrimizin gələcək əməkdaşlığına böyük təsiri olacaq.
Qeyd edək ki, layihə çərçivəsində digər dövlət qurumları və aidiyyəti təşkilatlarla əməkdaşlıq planlaşdırılır. Mərkəzdə aztəminatlı ailələrin uşaqları üçün pulsuz kompüter kursları da təşkil ediləcək. Mərkəzin portalı “e-training.az” hazırlanmışdır və onun vasitəsilə Təhsil İnformasiya Sisteminə qoşulmaq mümkündür. Dinləyicilərə real zaman, offlayn və onlayn rejimlərində təlimlərin keçirilməsi mümkündür.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info