Güzəştli kreditlərlə 20 müasir heyvandarlıq kompleksinin yaradılması maliyyələşdirilib
Tarix: 06.02.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi və onlara maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum fevralın 6-da Bərdənin Zümürxan kəndində keçirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının, pendir, üzlük daş və corab istehsalı müəssisələrinin, "yaşıl market" və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən bu ilin ötən dövrü ərzində 288 sahibkara 5.3 milyon manat dövlətin güzəştli kreditlərinin verildiyini bildirib.
Qeyd edilmişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 409.1 milyon manat, o cümlədən Bərdə rayonundan olan 1994 sahibkara 60 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına Bərdədə 4200-dən çox yeni iş yeri yaradılıb.
Şirzad Abdullayev vurğulayıb ki, ötən illər ərzində 23550 başlıq 20 cins heyvandarlıq kompleksi, illik emal gücü 200 min ton olan 8 süd, illik emal gücü 13.2 min ton ət və 68.2 min ton ət kəsimi olan 7 istehsal və emal müəssisəsinə 128 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan 57 sahibkara 694.5 min manat güzəştli kredit verilmişdir. Həyata keçiriləcək layihələr 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Forum çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Bərdə Aqrar-Sənaye Kompleksində aparılan son tamamlama işlərinə və rayonun Türkmən kəndində 500 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı
17.10.2019
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib
17.10.2019
“Cari ildə planımız yüz min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq”
17.10.2019
Prezident: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info