Bərdə rayonunun 9117 sakini pulsuz tibbi müayinədən keçirilib
Tarix: 09.02.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında fevralın 2-dən başlayaraq ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Bərdə rayonunda da uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi İftixar Zeynalov müsahibəsində bildirib ki, aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. Rayon sakinləri mərkəzi rayon xəstəxanalarında, Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa yüksək ixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən rayonun kəndlərində əhalinin tibbi müayinəsi həyata keçirilir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, lor, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edir, kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələr təyin olunur. Aksiya başlayandan indiyədək 9117 sakin tibbi müayinədən keçirilib, 200 nəfər ambulator, 84 nəfər stasionar müalicəyə cəlb edilib. Daha 21 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığına diqqəti və qayğıkeş münasibəti bərdəlilər tərəfindən minnətdarlıqla qarşılanıb. Bərdə şəhər 6 nömrəli uşaq bağçasının tərbiyəçi müəllimi Səyyarə Həsənova AzərTAc-a müsahibəsində pulsuz müayinənin təşkilindən razı qaldığını bildirərək deyib: Ötən il olduğu kimi, indi də Diaqnostika Mərkəzinə gələrək hərtərəfli müayinə olundum. Artıq sağlamlıq vəziyyətimlə bağlı tam məlumatlıyam.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info