Ölkədə 4, 5 və daha çox uşaqlı ailələrin sayı artıb
Tarix: 09.02.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda son illərdə ailələrdə 4 və 5-ci uşaqların dünyaya gəlməsi halları yenidən artmağa başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-ci ildə Azərbaycanda doğum ardıcıllığına görə 9817 uşaq ailədə 4-cü, 5294 uşaq 5-ci və çox uşaq dünyaya gəlib. Lakin sonrakı illərdə bu göstəricilər azalmağa başlayıb. Nəticədə 2010-cu ildə doğum ardıcıllığına görə ölkədə 4-cü uşaq kimi dünyaya gələnlərin sayı azalaraq hətta 3018-ə, 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayı 702-ə enib. Lakin 2011-ci ildə ölkədə 5 və daha çox uşaqlı ailələrin sayında artım olmasa da, həmin ildən 4 uşaqlı ailələrin sayı artmağa başlayıb. 2012-ci ildən isə doğum ardıcıllığı üzrə 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayında da artımlar müşahidə edilir. 2011-ci ildə Azərbaycanda doğum ardıcıllığına görə 3130 uşaq 4-cü, 643 uşaq 5-ci və çox uşaq kimi, 2012-ci ildə 3625 4-cü, 752 uşaq 5-ci və çox uşaq, 2013-cü ildə 3827 uşaq 4-cü, 846 uşaq beşinci və çox uşaq kimi dünyaya gəlib. Ümumilikdə, ölkədə həm şəhər, həm də kənd yerlərində 4, 5 və daha çox uşaqlı ailələrin sayı artsa da, bu artım daha çox kənd yerlərində müşahidə edilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info