Stolüstü tennis üzrә Avropa “Top - 16” kuboku yarışları başa çatıb
Tarix: 09.02.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Bakıda Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrә Avropa “Top - 16” kuboku yarışları başa çatıb. Turnirdә kişilәr arasında mübarizәdә Almaniya tәmsilçisi Dmitri Ovtçarov, qadınların yarışında isә avstriyalı idmançı Jia Liu birinci olublar.
Turnirin sonuncu günü gәrgin vә maraqlı idman mübarizәsi ilә keçib. Qadınlar arasında mübarizәnin finalında Jia Liu Almaniya tәmsilçisi Solya Petrissanı mәğlub edərək turnirin qalibi adını qazanıb. II yeri Almaniya tennisçisi Solya Petrissa, III yeri isə həmin ölkənin idmançısı İrene İvançan tutub. Kişilәrin yarışında isә Dmitri Ovtçarov turnirin qalibi olub. II yerə Portuqaliya təmsilçisi Markos Freytas, III yerə Yunanıstan idmançısı Gionis Panagiotis layiq görülüblər. Qaliblәrә mükafatlar tәqdim edilib.
Yarışların bağlanış mәrasimindә Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer, Azәrbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gәnclәr vә idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək qalibləri təbrik ediblər. Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer turnirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Azәrbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən stolüstü tennisin inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və qalibləri təbrik edib.
Qeyd edək ki, fevralın 6-dan start götürən “2015 NN TABLE TENNİS CLUB ITTF- EUROPE TOP- 16 CUP” yarışlarında 17 Avropa ölkәsindәn 34 idmançı mübarizә aparıb. Stolüstü tennis üzrә Avropa “Top - 16” kuboku bu formatda ilk dəfə olaraq Azərbaycanda keçirilib. Belə ki, 1971-ci ildən keçirilən bu turnir TOP - 12 adı daşımış və 44 ildən sonra - 2015-ci ildə TOP - 16 adı ilə Bakıda keçirilib.
Azәrbaycanı bu turnirdә qadınların mübarizәsindә Mәryәm İmanova, kişilәrin yarışında isә Fәrhad İsmayılov tәmsil ediblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
UEFA Çempionlar Liqası: nəticələr
12.12.2018
UEFA Çempionlar Liqası: “Qalatasaray” İstanbulda “Portu”ya məğlub olub
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info