Tibbi- sosial ekspertizada elektron informasiya sisteminin tətbiqi vacibdir
Tarix: 09.02.2015 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) respublikada tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin, əlillik müayinələri ilə bağlı göndəriş formalarının elektronlaşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyalarının sədrləri, Səhiyyə Nazirliyinin nümayəndələri, müvafiq icra hakimiyyəti orqanlarının tibb xidmət rəisləri və Hərbi həkim komissiyalarının sədrləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayan ölkəmizdə sosial müdafiə sisteminin müasir və şəffaf fəaliyyət mexanizmləri əsasında təkmilləşdirilməsinin prioritet təşkil etdiyini vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, nazirliyin fəaliyyət sahələrində aparılan islahatlardan söz açan S.Müslümov bu islahatların bir istiqamətinin də tibbi-sosial ekspertiza və əlillərin reabilitasiya sahəsi ilə bağlı olduğunu bildirib: “Ölkədə əlillik təyinatı prosesinin tam avtomatlaşdırılması, beləliklə, bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təmin olunması məqsədilə ötən il Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi yaradılıb. ƏƏSMN-nin Kollegiyasının qərarına əsasən, 2014-cü ilin iyul ayının əvvəlindən həmin sistemin pilot olaraq tətbiqinə başlanıb. Yeni sistem əlillik müayinələrinin aparılması ilə əlaqədar müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edir”.
Nazir bildirib ki, bu islahat tədbiri səhiyyə müəssisələri tərəfindən əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada göndərilməsini, kağız daşıyıcılardan istifadə praktikasına son qoyulmasını nəzərdə tutur: “Bununla yanaşı, qeyd olunan sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb. Artıq TSEK-lər tərəfindən bütün əlillik müayinələrinin nəticələri barədə məlumatlar həmin bazaya yerləşdirilib. Bu baza əlillik təyinatı barədə aidiyyəti dövlət orqanı tərəfindən məlumatın artıq kağız arayış formasında deyil, elektron qaydada əldə edilməsinə imkan verir”. S.Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının bu sistemdə işləmək üçün elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara malik olmaları üçün treninqlərə cəlb edildiklərini bildirib: “Səhiyyə Nazirliyinin 27 noyabr 2014-cü il tarixli əmri ilə TSEK-lərə göndərişlərin elektron registrinin yaradılması ilə bağlı “Tibbi-sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar üçün Tibbi-sosial ekspert komissiyasına göndəriş” formaları təsdiq olunub. 2015-ci ilin 01 yanvarından TSEK-lər tərəfindən yalnız həmin göndəriş formaları qəbul edilir. Bu göndəriş formalarının daha təkmilləşdirilməsi və ümumi elektron informasiya sisteminə interasiyası bizim diqqətimizdə duran məsələlərdən biridir”.
Müşavirədə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin avtomatlaşdırılması sahəsində qarşıda duran vəzifələr, eləcə də TSEK-lərə ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarınının aidiyyəti qurumları tərəfindən təqdim olunan göndəriş formalarının elektronlaşdırılması məsələləri ətraflı müzakirə olunub. Bu sahədə işlərin təkmilləşdirilməsi üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbər şəxslərinə tapşırıqlar verilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info