Kənd təsərrüfatı məhsullarının tədarükü üçün “yaşıl dəhliz“ yaradılır
Tarix: 10.02.2015 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Qazaxıstan kənd təsərrüfatı məhsullarının tədarükü üçün Azərbaycana "yaşıl dəhliz" yaratmağı təklif edir. Bu barədə Bakıda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşdə Qaza¬xıs¬tan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko¬mitəsinin sədri Daulet Yerqojin deyib: "Biz bilirik ki, Azərbaycanda kənd təsərrüfatı çox yaxşı inkişaf edir və biz satış bazarlarından biri olmaq istəyirik".
O, əlavə edib ki, eyni zamanda, Qazaxıstan Azərbaycana bir sıra məhsullar tədarük edə bilər, söhbət yerli istehsalçılarla rəqabətdən deyil, Azərbaycanda yetişdirilməyən məhsullardan gedir.
Öz növbəsində A.Əliyev Azərbaycanın Qazaxıstanla "yaşıl dəhliz" yaratmaqdan məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq Rusiya ilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının tədarükünün "yaşıl dəhliz" vasitəsilə maneəsiz təşkili haqqında sənədi imzalamağı planlaşdırır. Hazırda sənədin dövlətdaxili prosedurlardan keçdiyini qeyd edən DGK sədri əlavə edib ki, Qazaxıstanla da müvafiq sənədin imzalanmasında həmin sənəd əsas kimi qəbul edilə bilər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yekunlarına əsasən, Azərbaycanla Qzaxıstan arasında əmtəə dövriyyəsi 250,9 milyon dollar təşkil edib, ondan 221,06 milyon dollar Qazaxıstandan Azərbaycana idxalın, 29,8 milyon dollar isə Qazaxıstana ixracın payına düşür.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info