ADİU tələbələri Kolumbiya Universitetinə göndəriləcək
Tarix: 10.02.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Kolumbiya Universiteti (Columbia University) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Universitetdən bildirilib ki, müqaviləyə əsasən, ADİU tələbələri dünyanın ən nüfuzlu universitetləri sırasında yer alan Kolumbiya Universitetində bir semestr ərzində təhsil almaq, həmçinin 6 həftəlik yay məktəblərində iştirak etmək imkanı əldə edəcəklər.
ADİU tələbələrindən hər semestr maksimum 25 tələbə bu imkandan yararlana bilər. Kolumbiya Universitetində təhsil alacaq tələbələrin yüksək təhsil göstəriciləri 71 baldan yuxarı, ingilis dili biliyi isə (minimum TOEFL 100 IBT və ya 7.0 IELTS) yüksək səviyyədə olmalıdır.
Kolumbiya Universitetinin məsləhətçiləri tələbələrə fənn seçimində yardım edəcəklər. Tələbələr semestr fənnlərindən 4, yay məktəbində isə hər fənnə görə 2 kredit qazanacaqlar. Kreditlər ADİU tərəfindən tanınacaq və tələbələrin qiymət cədvəlində göstəriləcək.
ADİU tələbələri Kolumbiya Universitetinin tələbələri üçün nəzərdə tutulan bütün imkanlardan bərabər hüquqlu istifadə edəcəklər. Kolumbiya Universiteti tələbələrin ABŞ vizası almasına və yerləşmə məsələlərinə kömək göstərəcək.
Müqaviləyə əsasən, ADİU tələbələrinə təhsil haqqında xüsusi güzəşt tətbiq olunacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info