Ötən il lizinq alanların sayı 33,6 faiz artıb
Tarix: 10.02.2015 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


“Aqrolizinq” ASC aqrar sahədə lizinq və aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək, bu sahədə fəaliyyət göstərən sahibkarların əl əməyini yüngülləşdirmək və onların tələb olunan müasir kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, pestisidlər və cins damazlıq heyvanlarla təmin olunması istiqamətində fəaliyyətini davam etdirib.
Səhmdar Cəmiyyətin fəaliyyəti üzrə qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə bölgələr üzrə məhsul istehsalçılarının müvafiq tələbatlarının həcmi və buna uyğun olaraq maliyyə ehtiyacları müəyyənləşdirilib. Müəyyən olunmuş ehtiyaclar üçün Səhmdar Cəmiyyətə dövlət büdcəsindən 35 milyon manat, Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq ümumilikdə 98,5 milyon manat vəsait ayrılıb. Bundan əlavə Səhmdar Cəmiyyətin fəaliyyətindən əldə edilmiş 35,66 milyon manat təkrar istifadə vəsaiti də nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yönəldilib. 2014-cü ildə 3681 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları alınıb və indiyə qədər onların 3457 ədədinin, o cümlədən müasir tələblərə cavab verən 492 ədəd taxılyığan kombayn, 1085 ədəd traktor, 1880 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib. Belə ki, “Aqrolizinq” ASC tərəfindən 3345 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları, o cümlədən 217 ədəd taxılyığan kombayn, 1307 ədəd traktor, 9 ədəd ekskvator və 1812 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 1929 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilib və ya lizinq qaydasında satılmış kənd təsərrüfatı texnikaları 2013-cü illə müqayisədə 37,4 faiz, o cümlədən taxılyığan kombaynlar 57,2 faiz, traktorlar 47,7 faiz, ekskvator və digər texnikalar 29,1 faiz, lizinq alanların sayı isə 33,6 faiz artıb.
Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli fərmanı əsasında Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Həmin güzəştlərin ödənilməsi üçün dövlət büdcəsindən 500 min manat vəsait yönəldilib. Bundan əlavə, “Aqrolizinq” ASC tərəfindən hesabat dövründə 1,06 milyon manat dəyərində, o cümlədən Qurban Bayramına hazırlıq çərçivəsində heyvanların kəsilməsi üçün cəmiyyətin təkrar istifadə vəsaiti hesabına 0,396 milyon manat dəyərində 1 dəst mobil tipli kəsimxana avadanlığının və 0,66 milyon manat dəyərində müxtəlif təyinatlı texnoloji avadanlıqlar üçün komplektləşdirici məmulatların alınması məqsədi ilə müvafiq müqavilələr bağlanıb, onlardan 1 dəst texnoloji avadanlığın ölkəyə gətirilməsi təmin edilib.
Ümumiyyətlə, “Aqrolizinq” ASC tərəfindən 2005-2014-cü illərdə 20985 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1815 ədəd taxılyığan kombayn, 6304 ədəd traktor və 12866 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları alınmış, indiyə qədər onların 20676 ədədinin gətirilməsi təmin edilib. Bu dövr ərzində 14564 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 527 ədəd taxılyığan kombayn, 5241 ədəd traktor və 8796 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 8415 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.
Lizinq xidmətləri ilə yanaşı, Səhmdar Cəmiyyətin rayonlardakı aqroservis filialları vasitəsilə fermerlərə müxtəlif xidmətlər də göstərilir. 2014-cü ildə “Aqrolizinq” ASC-yə məxsus 1483 ədəd taxılyığan kombayn və 5483 ədəd müxtəlif markalı traktorlar və onlara qoşulan kənd təsərrüfatı texnikalarının iştirakı ilə dənli bitkilərin biçini, şum işləri və digər aqrotexniki xidmətlərin həyata keçirilməsi təmin edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info