Toğrul Məmmədli: “Xaricdə təhsil alan tələbələri birgə fəaliyyətə çağırıram”
Tarix: 10.02.2015 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin sabiq direktoru, hazırda isə “Xaricdə təhsil üzrə Dövlət Proqramı” xətti ilə Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alan, aktiv həmyerlimiz Toğrul Məmmədli Azərbaycan həqiqətlərinin əcnəbi tələbələrə çatdırılmasını mövzusunu şərh edib.
Onun sözlərinə görə müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ölkəmiz haqqında informasiya daşıyıcılarıdır. Onları Azərbaycanın qeyri-rəsmi səfirləri də adlandırmaq olar.
Bu gün Azərbaycan uğurlu xarici siyasəti ilə seçilir və regionun aparıcı ölkəsi kimi özünü bir daha sübut edir. Xarici siyasətin bir hissəsi olaraq Biz (xaricdə təhsil alan tələbələr) öz səylərimizi birləşdirməliyik.
Toğrul Məmmədli: “Mən qarşıdan gələn Xocalı faciəsinin növbəti il dönümü ilə əlaqədar xaricdə təhsil alan tələbələri birgə fəaliyyətə çağırıram. Birgə addımlarımız nəticəsində daha geniş insan kütləsini əhatə edərək, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər haqqında məlumat verə, qarşı tərəfin yalan və saxtalığının qarşısını ala bilərik!”
Həmyerlimiz onu da vurğulayıb ki, onunla birgə Qlazqoda təhsil alan azərbaycanlı tələbələr Xocalının ildönümünü sosial şəbəkələr üzrə bir neçə aksiya və əcnəbi tələbələr arasında məlumatlandırıcı tədbirlərin keçirilməsi ilə qeyd edəcəklər.
Xatırladırıq ki, Toğrul Məmmədlinin təşkilatçılığı ilə Qlazqoda əcnəbi tələbələr arasında “Mənim adım 20 Yanvardır” (My name is 20 January) adlı anım aksiyası keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info