Məzunlara diplomların verilməsi proseduru elektron formada olacaq
Tarix: 10.02.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin məzunlarına diplomların verilməsi prosedurunu elektron formaya keçirəcək. Bunu nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib.
Onun sözlərinə görə, bu, diplomların verilməsini yubanma olmadan həyata keçirməyə imkan verəcək: "Hazırda "Elektron hökumət" portalında 2012-2013-cü illərin məzunlarına diplomların verilməsi haqqında məlumat yerləşdirilib. Məlumat həm bakalavriat, həm magistratura, həm də ölkənin orta məktəblərinin məzunlarını əhatə edir. Məlumat bazasına təxminən 32 min bakalavr, 3 min magistr və 15 min orta məktəb məzunu haqqında məlumat yerləşdirilib". İ.Sadıqov bildirib ki, 2014-cü il məzunları haqqında məlumat bazasının hazırlanması üzrə işlər tamamlanma mərhələsindədir. Şöbə müdirinin sözlərinə görə, paralel olaraq ötən illərin məlumat bazalarının yaradılması işləri gedir: "Əsas hədəfimiz Azərbaycan müstəqillik əldə edənədək olan dövrün məzunları üzrə məlumat bazasının yaradılmasıdır. Bu, müraciətlərin emalı zamanı işəgötürənlərin və Təhsil Nazirliyinin əməkdaşlarının işini asanlaşdıracaq və saxta diplomlarla bağlı problemin tam həll olunmasına kömək edəcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info