Vahid məlumat bazası yaradılacaq
Tarix: 10.02.2015 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Sosial cəhətdən həssas uşaqlarla bağlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkə üzrə sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması işlərinə başlanıb.
Vahid məlumat bazasında sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində və sosial təhlükəli vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə olan və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq. Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq. Məqsəd bu məlumat bazasından istifadə olunmaqla, sosial xidmətlərə ehtiyac duyan uşaqların əhatə dairəsinin, sosial sifarişlər üzrə göstəriləcək sosial xidmətlərin həmin uşaqların kateqoriyalarına və ehtiyaclarına uyğun konkret istiqamətlərinin müəyyən edilməsidir. Məlumat bazası uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcək. Bu da sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək.
Xatırladaq ki, ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr əsasında respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə əhatə olunub.
İlkin




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info