IV Vergi Forumu yekunlaşdı
Tarix: 10.02.2015 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, fevral ayının 9-da Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda IV Vergi Forumu öz işinə başlayıb. Plenar iclasdan sonra Forum öz işini sessiyalarda davam etdirib.
Forumun “Vergi sisteminin modernləşdirilməsi və səmərəliliyi” adı altında keçirilən sessiyada vergi sisteminin müasirləşdirilməsi, aktiv vergi siyasətinin həyata keçirilməsi, vergi siyasətinin fiskal sektora təsiri və onun strateji prioritetləri diskussiya mövzusu olub, innovativ iqtisadi inkişafa keçid prosesində vergi güzəştlərinin tətbiqinin əhəmiyyəti dəyərləndirilib, ölkədə bələdiyyə institutları, yerli vergilərin yığılmasında yaranan çətinliklər, eləcə də qeydiyyatdankənar əmək münasibətlərinin yaratdığı problemlər müzakirə edilib
Forumun “Vergilərin məcburi yığılmasından könüllü əməletməyə keçid” adlı ikinci sessiyasında əsas müzakirə mövzuları vergi ödəyicilərinə göstərilən xidmətlər və onların inkişaf istiqamətləri, elektron xidmətlər, vergi ödəyicilərinin könüllü vergi əməletməsinə təşviq edən üsullar və bu sahədə mövcud dünya təcrübəsi, həmçinin vergi maarifləndirməsində QHT-lərin və mətbuatın rolu olub.
Fevralın 10-da sessiyalar öz işini fəal müzakirələr şəraitində davam etdirib.
Birinci sessiyada daha çox əmək münasibətlərinin leqallaşdırılması məsələləri, yaranan risklər və onların aradan qaldırılması yolları, transfer qiymətləndirmə, eləcə də biznes sektoru və vergi orqanları arasında əməkdaşlıq və korporativ sosial məsuliyyət məsələləri müzakirə edilmiş, təqdimatlar dinlənilib.
İkinci sessiyada isə ekspertlər vergi partnyorluğu sazişləri, onların tətbiqi prosesində ortaya çıxan məsələlər, bu sahədə mövcud beynəlxalq təcrübə, eləcə də hökumət ödənişləri portalı və onun e-hökumətin inkişafında rolu, elektron xidmətlərin inkişaf istiqamətləri, “ASAN İmza”, nağdsız ödənişlər və onun inkişaf istiqamətləri mövzusunda çıxışlar və təqdimatlar ediblər.
Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb, Forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.
Sessiyalar işini başa çatdırdıqdan sonra IV Vergi Forumunun Plenar iclasında onların yekunları ilə bağlı iştirakçılara ümumiləşdirilmiş məlumat təqdim olunub.
Bununla da, IV Vergi Forumu işini başa çatdırıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür
22.02.2020
“Azeri Light”ın bir barrelinin qiyməti 60,21 dollara düşüb
22.02.2020
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22.02.2020
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21.02.2020
Keçən ay dəmir yolu ilə 412,3 min ton yük daşınıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Prezident: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
4 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
5 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info