Musa Qasımlı: “Prezidentimiz tutarlı cavabı ilə sual verən ermənini peşman etdi”
Tarix: 10.02.2015 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Bu günlərdə 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə-Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirə keçirilib. Paneldə çıxış edən Prezident İlham Əliyev sualları cavablandırıb. Ermənistan nümayəndəsinin sualını cavablandırarkən ölkə başçısı bildirib ki, ermənilər bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar:
“Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçən iclasda ölkə başçısının səsləndirdiyi fikirlər ictimaiyyət nümayəndələri tərəfindən böyük razılıqla qarşılanıb. Tanınmış ziyalılar, millət vəkilləri bu ölkə başçısının Ermənistan nümayəndəsinə cavabını yüksək qiymətləndirirlər.
AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor, millət vəkili Musa Qasımlı bildirdi ki, Münhen təhlükəsizlik konfransında Prezident İlham Əliyevin nitqi Azərbaycanın qitə təhlükəsizliyi sistemində tutduğu yerə qiymət vermək, perspektivləri qiymətləndirmək, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin Avropa təhlükəsizliyinə təhdid olmasını izah etmək və s. baxımından əhəmiyyət daşıyır: “Bir erməninin özlərinə xas olan tərzdə təhrikedici sual verməsi əsassız uydurmalardan başqa bir şey deyildi. Verilən sual Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni bir imkan açdı. Həmin imkandan məharətlə istifadə edən Prezidentimiz Ermənistanın Azərbaycana hərbi təcavüz etdiyini, ərazilərinin bir hissəsini işğal altında saxladığını böyük ustalıqla, dərin məntiqlə Yerevanın siyasətinin mahiyyətini bütün çılpaqlığı ilə izah etdi. Prezidentimiz tutarlı cavabı ilə sualı verəni peşman etdi. Axı Azərbaycan torpağında erməninin nə işi vardı? Əgər o ölmək istəmirsə, Azərbaycan torpağından çıxıb getməlidir".

Rauf Zeyni: “Münhen bəyanatı bütün dünya ictimaiyyətinə aydın bir mesaj idi”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə ölkə başçısının bu çıxışını tarixi bir çıxış hesab etdiyini bildirdi: “Çünki Avropa məkanında, bir çox medianın təmsil olunduğu, bütün dünyanın diqqətini çəkən bir tədbirdə “erməni əsgərinin Ağdamda nə işi var” sözlərinin səslənməsi çox gözəl bəyanatdır. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması ilə bağlı bu situasiyanı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ən gözəl bir izah idi. Yəni erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi vardı ki, gülləyə də tuş gəlsin. Bizim torpaqlarımız işğal altındadır və ölkə başçısı da dəfələrlə bəyan edib ki, biz işğal altında olan torpaqlarımızı azad edəcəyik. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, bir santimetr torpağımızı da heç kimə güzəştə getməyəcəyik, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü söhbət mövzusu deyil, olmayıb və olmayacaq. Eyni zamanda ölkə başçısı Quba soyqırımı memorial kompleksinin açılışında nəinki bir Prezident, Ali Baş Komandan, gələcəyə baxan bir sərkərdə kimi bəyanat verib ki, vaxt gələcək İrəvana, Zəngəzura qayıdacağıq. Bu hər bir azərbaycanlını düşündürən bir bəyanatdır. Həmin vaxt Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sədrliyi həyata keçirirdi və 200 dövlətin gözü Azərbaycana dikilmişdi ki, sədrlik edən bir ölkə insan hüquq və azadlıqlarına, sülhə, ədalətə nə cür münasibət bildirir. Təbii ki, Azərbaycan örnək göstərdi. Ölkə başçısı da belə bir bəyanat verdi ki, dünya bu bəyanatı eşitsin, biz nəinki Ermənistan tərəfdən bu gün işğal altında olan torpaqlarımızı, tarixi torpaqlarımızı belə unutmamışıq və vaxt gələcək o torpaqlara qayıdacağıq. Ona görə mən düşünürəm ki, bu gün Münhen bəyanatı çox yerində, məqamında səslənmiş bir bəyanat idi, bütün dünya ictimaiyyətinə aydın bir mesaj idi”.
Orada səslənən fikirlərdən biri də ermənilərin danışıqlardan yayınması, müxtəlif təxribatlar etməşi və onlara qarşı sanksiyaların tətbiq edilməməsi ilə bağlı idi.
R.Zeyninin sözlərinə görə, beynəlxalq mexanizmlər, beynəlxalq təşkilatların tətbiq etdiyi hüquq və o cümlədən sanksiya mexanizmləri başqa ölkələrə tətbiq olunsa da, Ermənistana qarşı heç bir tədbir görülmür: “BMT-nin qətnamələri yerinə yetirilmir. Dünya birliyinin səsi eşidilmir, reaksiya vermirlər. Nə beynəlxalq hüquq normalarını pozan, bu vaxta qədər terror, işğal həyata keçirən, danışıqlardan qaçan, konstruktiv mövqe nümayiş etdirməyən, münaqişənin yekunlaşmasını, regionda sülhün, sabitliyin bərpa edilməsini istəməyən bir ölkəyə qarşı nə vaxta qədər ikili standartla hərəkət ediləcək. Bu dözülməz bir vəziyyətdir, Azərbaycan xalqı daim öz etirazını bildirib. ATƏT-in Minsk qrupu çərçivəsində, digər beynəlxalq təşkilatlara da birmənalı şəkildə bildirmişik ki, münaqişəni həll etmək, Ermənistanı məcbur etmək lazımdır ki, beynəlxalq hüquqa hörmətlə yanaşsın. Bu baxımdan Prezident çox doğru bir bəyanat verdi ki, Ermənistan bu məsələdə birtərəfli qaydada münaqişənin həll olunmasını istəmir. Çünki onun azadlığı, müstəqil siyasət yürütmək imkanları yox dərəcəsindədir. Bu onu göstərir ki, Ermənistan müstəqil bir dövlət olmadığı kimi müstəqil siyasət yürüdə bilmir. Bunu dünya ictimaiyyəti bilməlidir və nə qədər tez tədbir görsələr bir o qədər Cənubi Qafqaz regionunu xilas etmiş olarlar. Əgər həmin məsələlər bu formada qalarsa regionun gələcəyi üçün təhlükə ola bilər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info