NİİM yol hərəkəti ilə bağlı əhalinin maarifləndirilməsini vacib sayır
Tarix: 11.02.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) dəstəyi ilə əhali arasında yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı maarifləndirici tədbirlər keçiriləcək. Bunu “Trend”ə NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, bu gündən etibarən dinləyicilərə yol hərəkəti qaydalarının aşılanması, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə “Avto FM” radiosunda daha bir yeni maarifləndirici veriliş təqdim olunacaq. “Dispetçer” adlanan yeni verilişin aparıcısı Şəfa Mehmanqızı şəxsən özü olacaq: “Həftənin çərşənbə günləri saat 17:00-18:00 aralığında yayımlanan verilişdə həm aparıcı, həm də ora dəvət olunan müvafiq səlahiyyətli qonaq tərəfindən dinləyicilərə yol-nəqliyyat hadisələri, yollardakı cari vəziyyət barədə məlumat veriləcək, onların müxtəlif sualları cavandırılacaq, şikayətlərinə aydınlıq gətiriləcək”.
Bundan əlavə, Ş.Mehmanqızı qeyd edib ki, “Addım” Gənclər Təşkilatı ilə birgə Azərbaycanda yol təhlükəsizliyinə həsr edilmiş “Brilyant həyatınızı xilas edəcək” layihəsinə start verəcək. NİİM, Norveç Krallığının Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “AvtoFM” radiosunun dəstəyi ilə keçiriləcək layihə fevral ayının son həftəsində gerçəkləşəcək: “Layihə çərçivəsində sürücü və piyadaları yol hərəkəti qaydalarına əməl edilməsinə çağıran maarifləndirici, sosial çarxlar təqdim olunacaq. Çünki hər il sürücü və piyadaların günahı ucbatından ölkədə baş verən yol qəzalarında yüzlərlə insan ölür və ya xəsarət alır. Təhlükəsizlik həftəsi ərzində sürücü və piyadalara Norveçdə hazırlanmış işıq qaytarıcıları - reflektorlar da paylanacaq. Müxtəlif aksessuarlar formasında hazırlanan reflektorlar brilyant üslubunda dizayn olunub”.
Ş.Mehmanqızı bildirib ki, aksiyanın gənclər arasında geniş yayılmasına dəstək məqsədilə həm sosial çarxların çəkilişlərinə, həm də tədbirlərə tanınmış şəxslər qatılacaq.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info