Abituriyentlərin 64,7 faizi qəbul imtahanından “2” alıb
Tarix: 11.02.2015 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64,7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: “0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan “2”, 13.6%-i "3", 15.7%-i "4", 6.0%-i isə "5" qiymət alıb”. Əvvəlki qəbul ilində bu göstəricilərin müvafiq olaraq 65.0%, 13.8%, 15.7%, 5.6% olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib: “Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da əksini tapıb. Ali məktəblərə qəbul olanların 29.9%-ni “3”, 40.2%-ni “4”, 15.5%-ni isə “5” qiymət alanlar təşkil edib. Əvvəlki il bu göstəricilər uyğun olaraq 27.7%, 41.3%, 14.8% olub. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır. Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR Kəngərli, Sədərək və Babək rayonlarından olan abituriyentlərin 40%-dən çoxunun 2014-cü ildəki qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info