Hansı rayonda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma faizi daha yüksəkdir?
Tarix: 11.02.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Son 12 ilin statistikası əsasında hər bir rayonun ayrı-ayrı fənlər üzrə ən qabaqcıl məktəbləri müəyyənləşdirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib ki, bunun üçün hər bir fənn üzrə abituriyentlərinin sayı 10-dan az olmayan məktəblər götürülüb. O vurğulayıb ki, rayon və şəhər təhsil şöbələri tərəfindən bu məktəblərin fəaliyyəti qiymətləndirilməli, onların qabaqcıl iş təcrübələri öyrənilib yayılmalıdır: “Həmin məktəblərin məzunlarının yüksək nəticələr qazanması bəzən bütövlükdə pedaqoji kollektivlərin fəaliyyətindən çox, qabaqcıl iş təcrübəsi ilə seçilən bir neçə fənn müəlliminin, hətta bəzi hallarda bir müəllimin əməyi nəticəsində başa gəlir. Onların ictimaiyyətə tanıdılması, əməyinin layiqincə qiymətləndirilməsi digər müəllimlərin də dərslərə yaradıcılıqla yanaşmasına səbəb olar ki, bu da nəticə etibarilə məktəblərdə təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərər. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ümumi təhsil müəssisələri məzunlarının intellektual baxımdan daha hazırlıqlı hissəsi iştirak edir və onlar hər bir tələbə yeri uğrunda yüksək müsabiqədən keçməli olurlar. Qəbul imtahanları həm də gənclərin intellektinin formalaşmasında mühüm rol oynayan məktəb müəllimlərinin, bütövlükdə isə abituriyentlərin təmsil olunduğu bölgələrin pedaqoji ictimaiyyətinin, bir növ, hesabatıdır. Respublikanın müxtəlif bölgələrindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri üzrə aparılan statistik araşdırmalar göstərir ki, Ordubad rayonu abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizi daha yüksəkdir. O da qeyd edilməlidir ki, Bakı və Mingəçevir şəhərlərindən, Salyan, Qəbələ və Qax rayonlarından olan abituriyentlərin də qəbulolma faizi, bir qayda olaraq, yüksək olur”. TQDK sədri əlavə edib ki, imtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il (türk liseyləri, TN tabeli və özəl liseylər istisna olmaqla) Azərbaycan bölməsində Qax rayonu, rus bölməsində isə Bakı şəhəri ən yüksək nəticə göstərib. Onun sözlərinə görə, orta statistik abituriyent məktəb proqramının 25-49 faizini mənimsəyir. Problemin kökünün ümumtəhsil məktəblərində tədrisin keyfiyyət səviyyəsinə bağlandığını deyən M.Abbaszadə vurğulayıb ki, bu səviyyə nə qədər yüksək olarsa, ümumilikdə ali təhsil müəssisələrinə qəbulda müsabiqə vəziyyəti bir o qədər yüksələr, qəbul olanlar arasında hazırlıq səviyyəsi daha yüksək olanların xüsusi çəkisi artar. Aydın məsələdir ki, ali məktəbə aşağı balla qəbul olan abituriyentlər birinci kursda tədris proqramlarını mənimsəməkdə çətinlik çəkirlər. Fikrimizcə, belə bir vəziyyətdə ali məktəblərdə birinci kurs tələbələrinə dərslər genişləndirilmiş tədris proqramları əsasında keçirilməli, yaxud ali məktəb rəhbərləri bu vəziyyəti nəzərə alaraq qəbul aparılan hər bir ixtisas üzrə ayrılıqda müsabiqə şərtləri barədə təkliflərini qəbul imtahanlarından əvvəl TQDK-ya və "Abituriyent" jurnalı vasitəsilə abituriyentlərə və təhsil ictimaiyyətinə bildirməlidirlər. Bakı və bölgə mərkəzlərindəki dövlət ali təhsil müəssisələrinin ödənişli təhsil formasına qəbul olan abituriyentlərin ballarının müqayisəsi göstərir ki, bu ali təhsil müəssisələrinin eyniadlı ixtisaslarına keçid ballarında əhəmiyyətli fərq var. Ali təhsil müəssisələrinin eyniadlı ixtisaslarında keçid balları Bakıda yüksək, bölgələrdə isə aşağıdır. Təbii ki, bu, ilk növbədə bölgə ali təhsil müəssisələrinin ixtisaslarında müsabiqə vəziyyətinin aşağı olması ilə bağlıdır. Bu bir faktdır ki, bölgələrdən olan hazırlıqlı abituriyentlərin çoxu ixtisas seçərkən, yuxarıda qeyd olunduğu kimi, Bakıda yerləşən ali təhsil müəssisələrinə üstünlük verir. Nəticədə onlar bəzən yaxşı imtahan göstəricilərinə nail olsalar da, mərkəzdəki ali təhsil müəssisələrinə yüksək müsabiqədən keçə bilmir və qəbuldan kənarda qalırlar. Halbuki belə abituriyentlər bölgə ali təhsil müəssisələrinin ixtisaslarını da seçərlərsə, onların qəbul olmaq şansları daha böyük olar. Odur ki, abituriyentlər ixtisas seçərkən bu amili də nəzərə almalıdırlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info