“Azərbaycanla iqtisadi əməkdaşlıq bundan sonra da inkişaf edəcək”
Tarix: 11.02.2015 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Elzas regionunun nümayəndə heyəti ilə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan və Fransa arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdiyini, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin önəmini qeyd edib. Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, fransız şirkətləri ölkəmizdə neft-kimya, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, turizm və s. sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq edir. Elzas regionundan olan nümayəndə heyətinin ölkəmizə səfəri Fransa regionları ilə əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.
Azərbaycan ilə Elzas regionu arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışan Şahin Mustafayev sənaye sahəsində, eləcə də sənaye parklarında fransız şirkətlərinin iştirakı, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial olduğunu qeyd edib. Nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Şahin Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb. Fransanın Elzas regionunun nümayəndə heyətinin başçısı Jan-Mari Bokel ölkələrimiz arasında əlaqələrin inkişafını qeyd edib, iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə iştirak edən digər fransalı qonaqlar əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Türkiyə hədəfinə çatdı“
18.10.2019
“Bizim müqavilənin bir xüsusiyyəti də ondan ibarətdir ki...“
18.10.2019
“Maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır.”
18.10.2019
Bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək
17.10.2019
“Barış bulağı” müvəqqəti olaraq dayandırıldı, şərtlərimiz qəbul olunacağı halda atəşkəs elan ediləcək”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info