“Avropa Oyunlarından sonra idmanın maliyyələşdirilməsi azalmayacaq”
Tarix: 12.02.2015 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


“Azərbaycan "Bakı-2015" ilk Avropa Oyunlarından sonra idman sahəsinin maliyyələşdirilməsini azaltmaq niyyətində deyil”. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, ölkədə idmanın maliyyələşdirilməsi üzrə artıq xüsusi sistem qurulub ki, bunun da dəyişməsi bir qədər real görünmür: "İdman yarışlarının sayı ilbəil artır. Bununla yanaşı, 2016-cı ildə Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları keçiriləcək. Olimpiya Oyunlarına isə xüsusi hazırlıqlar gedir, idmançılar hazırlanır. Ehtiyat qüvvənin hazırlanması üçün lazımi işlər görülür. Təbii ki, bütün bunları nəzərə alsaq, idmanın maliyyələşdirilməsində hansısa dəyişikliklərin baş verə biləcəyinə inanmaq çətindir".
"Bakı-2015" Avropa Oyunlarının büdcəsinə gəlincə, nazir qeyd edib ki, bu, iki hissədən ibarətdir: "Birinci hissə 2018-ci ilə qədər təsdiq olunmuş investisiya proqramına daxildir. Burada bütün sahələrlə yanaşı, idmana da yer verilib. İkinci hissə isə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin büdcəsidir. Buraya maaşlar, texnologiya sistemləri, müvəqqəti qurğular, kommunikasiya, təbliğat işləri və gündəlik tələb olunan xərclər daxildir. Bütün bunlara 950 milyon manat ayrılıb ki, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi isə 68 min nəfərlik Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı İdman Kompleksinin tikintisi üzrə işlərə yönəldilib".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info