Səhiyyə Nazirliyi Avropa Oyunları ilə bağlı xüsusi komitə yaradıb
Tarix: 12.02.2015 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


"Səhiyyə Nazirliyi tam gücü ilə Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına hazırlaşır". Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də İlk Avropa Oyunlarına mühüm geniş miqyaslı hazırlıq işləri həyata keçirilir: "İlk Avropa oyunlarının miqyasını, gözlənilən qonaqların sayını nəzərə alaraq bu tədbir zamanı qonaqların və yerli əhalinin sağlamlığının qorunmasının yüksək səviyyədə təmin edilməsi üçün respublikanın səhiyyə sisteminin üzərinə böyük məsuliyyət düşür. Səhiyyə Nazirliyinin sərəncamı əsasında Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi komitə yaradılıb və qurum Avropa Oyunları Təşkilat Komitəsi ilə sıx əlaqədə fəaliyyət göstərir". Qeyd olunub ki, səhiyyə sahəsində hazırlıq demək olar ki, səhiyyənin bütün sahələrini, o cümlədən ümumi sanitar-gigiyenik durum, tibb ocaqları, tibbi kadrlar, tibbi avadanlıq və ləvazimat və s. əhatə edir və əsasən 2 istiqamətdə cəmləşib - tibbi yardımın təşkili və sanitar-epidemik əmin-amanlığın təminatı: "Tibbi yardımın təşkili dedikdə, burada xüsusiləşdirilmiş tibb müəssisələrinin yaradılması (olimpiya kəndində xüsusiləşdirilmiş poliklinik xidmətlərin təşkil edilməsi), yeni yaradılmış və mövcud tibb müəssisələrinin beynəlxalq standartlara uyğun avadanlıqla təchiz edilməsi, tibbi kadrların hərtərəfli hazırlanması və nəhayət təcili tibbi yardımın yüksək səviyyədə təşkili nəzərdə tutulur. Avropa Oyunları zamanı yarışlar keçirildiyi bütün məkanlarda - qonaqların qaldığı otellərdə, olimpiya şəhərciyində və kütləvi tədbirlər keçirildiyi yerlərdə təcili yardım briqadalarının növbətçilik çəkməsi nəzərdə tutulub".
Qeyd olunub ki, qonaqlara və Azərbaycan vətəndaşlarına yüksək səviyyəli təcili yardım xidmətlərinin təmin edilməsi məqsədilə bu yaxınlarda müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni "Mersedes" markalı TTY avtomobillərinin istismara verilməsi nəzərdə tutulub.
Avropa Oyunlarının Təşkilat Komitəsinin tələblərinə əsasən Səhiyyə Nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim mərkəzinin nəzdində dünyada təcili tibbi yardım standartları üzrə təlimlərin təşkili və protokolların hazırlanması ilə tanınan Amerika Ürək Assosiasiyasının (American Heart Assosiation - AHA) nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu yaradılıb. Təşkil olunmuş təlim və məşqlərə 400-ə yaxın təcili yardım işçilərinin cəlb olunması və onların AHA beynəlxalq sertifikata malik olması nəzərdə tutulub: "Avropa oyunları zamanı on mindən çox xarici qonağın gəlməsi gözlənilir. Buna görə də tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı təcili tibbi yardım xidmətlərinə cəlb olunmuş həkimlər üçün ingilis dili kursları da təşkil edilib. Görülən bütün bu tədbirlər oyunlarının müvəffəqiyyətlə keçirilməsinə böyük zəmin yaradacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info