Şəkidə gəmiricilərə və böcəklərə qarşı kimyəvi mübarizə aparılır
Tarix: 12.02.2015 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


11 fevralda Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının – rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə “Dənli taxıl bitkilərinin xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsinin məhsuldarlığın artırılmasında əhəmiyyəti” mövzusunda regional müşavirə keçirilib.
Məlumata görə, seminarın keçirilməsində əsas məqsəd pestisidlərin kortəbii tətbiqindən zərərli orqanizmlərin iqtisadi ziyanvermə həddi və entomofaqların səmərəlilik həddi əsasında tətbiqinə keçilməsi yolu ilə kimyəvi mübarizənin rasionallaşdırılması nəticəsində istehsal edilmiş bitkiçilik məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitin və insan sağlamlığının qorunmaslı, respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və fitosanitar sabitliyin qorunub saxlanılmasından ibarət olub. Tədbiri Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq iştirakçıları salamlayıb, bölgə və ümumiyyətlə ölkəmiz üçün taxılçılığın əhəmiyyəti, keçirilən bu kimi tədbirlərin vacibliyini vurğulayıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev taxılçılıq sahəsinin başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olmasını qeyd edib. Dövlət Xidmətinin rəisi bildirmişdir ki, 2014-cü ilin sonu və 2015-ci ilin əvvəllərində Şəki rayonu üzrə taxıl böcəyinə qarşı 15930 ha, siçanabənzər gəmiricilərə qarşı isə 4535 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Fəxrəddin Rəşidov “Respublika ərazisində siçanabənzər gəmiricilərin aşkarlanması və mübarizə tədbirləri”, Şəki Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov “Şəki rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda çıxışlar ediblər. Tədbirin sonunda məhsul istehsalçıları göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.


Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info