SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib
Tarix: 13.02.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Britaniya Energetika İnstitutunun təşkilatçılığı ilə fevralın 10-12-də Londonun "Intercontinenta l London Park Lane" hotelində ənənəvi Beynəlxalq Neft Həftəsi ("IP Week-2015") keçirilib. Beynəlxalq neft həftəsi dünyanın müxtəlif ölkələrindən neft, qaz və enerji sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi beynəlxalq forumdur.
Tədbirdə dünyanın tanınmış neft şirkətlərinin nümayəndələri iştirak ediblər. Forumun keçirilməsində məqsəd enerji sektorunda baş verən beynəlxalq dəyişiklikləri, maliyyə və investisiyaları müzakirə etmək, Afrika, Asiya və Rusiya kimi səciyyəvi regionlara nəzər salmaq və təhlil etməkdən ibarətdir.
Həftə ərzində davam edən tədbir çərçivəsində müxtəlif görüşlər, konfranslar keçirilir, şirkətlər tərəfindən təqdimat gecələri təşkil edilir.
Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 4 ildir ki, Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbirdə iştirakının əsas məqsədi Azərbaycanı bir daha tanıtmaq, şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər.
Qeyd edək ki, neft həftəsi çərçivəsində “Beynəlxalq enerji təhlükəsizliyi”, “Neft və qaz landşaftının dəyişdirilməsi strategiyası”, “Rusiya və MDB ölkələri: uzunmüddətli baxış", "Orta Şərqin mədən sənayesində inkişaf potensialı", "ABŞ-ın emal sənayesinin potensialı - neft hasilatının artırılması" və s. mövzularda seminarlar keçirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info