ABU klubu 2 görüşün nəticəsinə əsasən turnirlə vidalaşıb
Tarix: 16.02.2015 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunları keçirilib. Yarışda ölkəmizi təmsil edən Bakının ABU klubu 2 görüşün nəticəsinə əsasən turnirlə vidalaşıb.
Belə ki, Konstantin Ruvinskinin yetirmələri Serbiyanın “Knyaz Miloş” komandası ilə qarşılaşmalara səfərdə çıxıb. Çempionatın liderlərindən olan Arandyelovaç təmsilçisi cütün taleyinə ilk dueldə aydınlıq gətirib. Rəqib 1500 azarkeşin izlədiyi, ABU-nun nominal ev sahibi olduğu matçı 9 top irəlidə bitirib - 37:28 (21:13). İkinci oyunda top fərqini qorumağa çalışan “Knyaz Miloş” istəyinə çatıb. ABU 28:27 (12:13) hesabı ilə qalib gəlsə də, bu təsəllidən başqa bir şey olmayıb. Cütün bombardiri Yekaterina Tomiç olub. O, 2 oyunda 18 xal toplayıb. Təmsilçilərimizdən ən yaxşı göstərici isə Olqa Poqoninaya məxsusdu. İlk qarşılaşmada 7 dəfə fərqlənən 26 yaşlı həndbolçumuz ikinci dueldə 8 dəqiq zərbə ilə hamını qabaqlayıb. Qeyd edək ki, 1/16 finalda “Srvena Zvezda” (Serbiya) klubuna qalib gələn ABU ötən mövsüm də “Çelenc Cup”da mübarizəni 1/8 finalda dayandırmışdı. Həmin vaxt hər 2 oyuna ev sahibliyi edən “Milenium” komandamızı Serbiyadan Bakıya əliboş yola salmışdı.




 
Bölməyə aid digər xəbərlər
22.07.2018
“Qarabağ” futbol klubu yeni hücumçu alıb
21.07.2018
Azərbaycan basketbolçuları Moldova yığmasına qalib gəliblər
21.07.2018
“Sabah” klubu serbiyalı qapıçını heyətinə qatıb
20.07.2018
Azərbaycan klubları Avropa Liqasında mübarizəni dayandırıb
18.07.2018
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9683

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info