Azərbaycan Macarıstana yükdaşımaları iki dəfə artırıb
Tarix: 17.02.2015 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın "Silk Way West" aviadaşıyıcısı Azərbaycanla Macarıstan arasında yükdaşımaların aylıq həcmini iki dəfə artırıb. Bu barədə Macarıstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, yükdaşımaların artırılması Budapeştlə, eləcə də Uzaq Şərq ölkələri ilə Bakı arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə yardım edir.
Məlumatda deyilir: "Ötən ilin sonuna qədər aviaşirkət yükdaşımaların aylıq həcmini iki dəfə artırıb. Bu, yükgötürmə qabiliyyəti 113 tona çatan "Boeing-747" təyyarələrindən istifadə nəticəsində mümkün olub. Halbuki əvvəllər yüklərin daşınması üçün istifadə olunan "Boeing 767-300F" təyyarələrinin yükqaldırma qabiliyyəti 53 ton təşkil edirdi”.
Budapeştdəki yük aeroportunun meneceri Yozef Koşutanın sözlərinə görə, Macarıstan tərəfinin "Silk Way West" şirkəti ilə bağlı gözləntiləri təsdiqlənib, çünki o, Mərkəzi Avropa regionunda kifayət qədər tez məşhurlaşıb: "Silk Way West-in həftədə iki reysi macarlarla ticarət üçün böyük imkanlar açır, həmin reyslər Macarıstan, Azərbaycan və Uzaq Şərq bazarları arasında sürətli əlaqəni təmin edir".
Öz növbəsində, Silk Way West-in vitse-prezidenti Nicat Babayev qeyd edib ki, şirkət özünün Macarıstanla fəaliyyətindən razıdır və ixrac və idxal əməliyyatlarının gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
26.02.2020
“Yaxın 20 ildə neftə olan tələbat artacaq“
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info