Borclu vergi ödəyicilərinin əmlakları siyahıya alınıb
Tarix: 19.02.2015 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Bakı Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir neçə borclu vergi ödəyicisində əmlakın siyahıya alınması tədbirləri keçirilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanda yerləşən, “Koteks” MMC-yə məxsus geyim mağazasının fəaliyyəti araşdırılarkən onun 6338 manat vergi borcunun yarandığı müəyyən edilmişdir. Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və obyektdəki 3550 manat dəyərində mebel və məişət avadanlıqları müəyyən olunmuş qaydada siyahıya alınıb.
Q.Qarayev prospekti, 84 ünvanda yerləşən, fiziki şəxs Eldarov Ağadadaş Vahid oğluna məxsus “Zambaiti Parati” adlı divar kağızı mağazasında aparılmış tədbirlər nəticəsində vergi ödəyicisinin 1965 manat məbləğində vergi borcunun təmin edilməsi məqsədilə 2070 manatlıq əmlak siyahıya alınıb.
Nəsimi rayonu, Mir Cəlal küçəsi, 52D ünvanda yerləşən, fiziki şəxs Məmmədov Kamran Yaşar oğluna məxsus “Assorti” restoranında da əmlakın siyahıya alınması tədbirləri keçirilmişdir. Vergi ödəyicisinin 2660 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə obyektdəki 3120 manat dəyərində mebel müvafiq qaydada siyahıya alınıb.
Nəsimi rayonu, A.Bakıxanov küçəsi, 30 ünvanda yerləşən, fiziki şəxs Şahin Səbinə Vaqif qızına məxsus “Turkuaz” mebel mağazasında aparılmış əmlakın siyahıya alınması tədbiri zamanı isə vergi ödəyicisinin 2297 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün mağazadakı 2400 manatlıq əmlak qanunla müəyyən edilmiş qaydada siyahıya alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2020
“Azeri Light”ın bir barrelinin qiyməti 60,21 dollara düşüb
22.02.2020
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22.02.2020
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21.02.2020
Keçən ay dəmir yolu ilə 412,3 min ton yük daşınıb
21.02.2020
KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Son on ildə muxtar respublikada 77 min uşaq dünyaya gəlib
4 Prezident: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
5 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info