Ötən il “Azəri-Çıraq-Günəşli”də 31,5 milyon ton neft hasil edilib
Tarix: 19.02.2015 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Ötən ildə “Azəri-Çıraq-Günəşli”nin (AÇG) fəaliyyətində mühüm bir nailiyyət – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olunub.
“bp-Azərbaycan” şirkətindən bildiriblər ki, Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. O vaxtdan bəri platformadan hasilat artaraq altı quyudan indiki həddinə – gündə təqribən 90 min barreldən artıq səviyyəyə çatıb.
2014-cü ildə AÇG-də stabil hasilat davam edib. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (61 900), Mərkəzi Azəri (156 500), Qərbi Azəri (149 300), Şərqi Azəri (74 200), Dərinsulu Günəşli (145 900) və Qərbi Çıraq (50 200) platformalarından birlikdə – gündə orta hesabla 638 000 barel (b/g) və ya ümumilikdə 233 milyon barrel, yəni təqribən 31,5 milyon ton təşkil edib.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq, oktyabrın 31-dən noyabrın 27-dək Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər həyata keçirilib. Bu cür işlər platformalardakı qurğu və avadanlıqların indiyədək AÇG-də əldə edilmiş ümumi yüksək səmərəliliyini təmin etməyin mühüm hissəsidir.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info