Neftin qiymətini aşağı salan “Aramco sövdələşməsi”nin sirri açıldı
Tarix: 20.02.2015 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


“Qiymət məsələsindən Rusiya, İran və Venesuela kimi dövlətlərə qarşı xarici siyasət kursunu dəyişməyə məcbur etmək üçün silah kimi istifadə edilir”

“Moskvanın Ukrayna, Krım və Suriya məsələsi ilə bağlı mövqeyini dəyişmək mümkün olmadı. Qərb dairələri Ukraynada çevriliş həyata keçirməklə Rusiyaya zərbə vurmaq istəsələr də, gözlənilməz sürprizlə üzləşdilər - Krım Rusiyanın tərkibinə daxil edildi. Onlar düşünürdülər ki, neftin qiymətinin kəskin aşağı düşməsi, rublun dəyərdən düşməsi və iqtisadiyyatın zəifləməsi ilə Moskvanı geri çəkilməyə məcbur edə biləcəklər. Düşünülməmiş strategiya nəticəsində Ukrayna iqtisadiyyatının məhv olması, 6 min nəfərin həlak olması, milyonlarla insanın evindən didərgin düşməsi Vaşinqtonun avropalı müttəfiqləri haqqında mənfi fikir formalaşdırdı. Onlar Rusiya bazarını itirməklə iqtisadi tənəzzül təhlükəsi ilə üzləşib. Aydın deyil ki, qərbli diplomatlar bu vəziyyətdə Moskva ilə Pekinin, Moskva ilə Tehranın yaxınlaşa biləcəyini necə görməyib?”

“Kim bilmirsə, diqqətə çatdıraq ki, Səudiyyə Ərəbistanına məxsus olan dünyanın ən böyük neft şirkətlərindən biri “Aramco” 1988-ci ildə “Arabian American Oil Co.” adlanıb. Dünyanın ən böyük neft şirkətlərindən biri Səudiyyə Ərəbistanı ilə Texas və Kaliforniyadan olan şirkətlərin müştərək müəssisəsidir. Ona görə də Vaşinqton-Ər-Riyad tandeminin neftin qiymətinin 115 dollardan 45 dollara qədər enməsində böyük rol oynamasına təəccüblənmək lazım deyil. Nəzərə almaq lazımdır ki, neft bazarı azad deyil və ona OPEK adlı neft karteli və Qərb neft şirkətləri nəzarət edir”. Bu fikirlər İspaniyanın “Publico.es” nəşrində dərc edilən məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, indi qiymət məsələsindən Rusiya, İran və Venesuela kimi dövlətlərə qarşı xarici siyasət kursunu dəyişməyə məcbur etmək üçün silah kimi istifadə edilir. Eyni zamanda ABŞ-ın dünya ağalığının əsasını təşkil edən dolların reanimasiya edilməsi nəzərdə tutulur. Məqalədə qeyd edilir ki, “şən günlər” uzun çəkməyib və “Aramco sövdələşməsi”nin təşəbbüskarları başa düşməyə başlayıb ki, neftin qiymətinin enməsi nəticəsində yaranan itkilər siyasi-iqtisadi gəlirləri üstələməyə başlayıb. Belə ki, “Brent” markalı neftin qiyməti artıq 59 dollara satılmağa başlayıb. “Publico.es” yazır ki, bunun bir neçə səbəbi var: “Rusiya istisna olmaqla BRİKS ölkələri neftin qiymətinin enməsi nəticəsində böyük gəlir əldə edir. ABŞ-ın əsas rəqibi və neft istehlakına görə dünya ikincisi olan Çin rekord səviyyədə neft idxal edib. Gündəlik 6,2 milyon barel neft idxal edən Çin bu göstəricini ötən ilin dekabr ayında 7,2 milyon barelə çıxarıb. Alınan neft strateji ehtiyatı xeyli artırıb. Çin neft bazarını əlavə neftdən təmizləməklə ABŞ-ın əsəbləri ilə oynayır. Neftin qiymətinin enməsindən qazanan digər ölkə Braziliyadır. ABŞ-ın Latın Amerikasında əsas rəqibi olan Braziliya qitədə təsirini artırmağa başlayıb. ABŞ-ın Afrikadakı əsas rəqibi olan Cənubi Afrika Respublikası da eyni yolla gedir.

“Publico.es”: “ABŞ və Səudiyyə Ərəbistanının planı onların əleyhinə işləməyə başlayıb”

İndi BRİKS ölkələri Qərb maliyyə institutlarına alternativ ümumi bank yaradaraq aralarında sövdələşmələrdə dollardan imtina etmək qərarına gəliblər. Moskvanın Ukrayna, Krım və Suriya məsələsi ilə bağlı mövqeyini dəyişmək mümkün olmadı. Qərb dairələri Ukraynada çevriliş həyata keçirməklə Rusiyaya zərbə vurmaq istəsələr də, gözlənilməz sürprizlə üzləşdilər - Krım Rusiyanın tərkibinə daxil edildi. Onlar düşünürdülər ki, neftin qiymətinin kəskin aşağı düşməsi, rublun dəyərdən düşməsi və iqtisadiyyatın zəifləməsi ilə Moskvanı geri çəkilməyə məcbur edə biləcəklər. Düşünülməmiş strategiya nəticəsində Ukrayna iqtisadiyyatının məhv olması, 6 min nəfərin həlak olması, milyonlarla insanın evindən didərgin düşməsi Vaşinqtonun avropalı müttəfiqləri haqqında mənfi fikir formalaşdırdı. Onlar Rusiya bazarını itirməklə iqtisadi tənəzzül təhlükəsi ilə üzləşib. Aydın deyil ki, qərbli diplomatlar bu vəziyyətdə Moskva ilə Pekinin, Moskva ilə Tehranın yaxınlaşa biləcəyini necə görməyib? İrana gəldikdə, nüvə proqramında güzəştə getməsi ilə bağlı bu dövlətə təzyiqlər etməklə müsbət nəticəyə nail olmağın mümkün olmadığı aydın oldu. Tehran təzyiqlərə baxmayaraq, Bəşər Əsədə açıq şəkildə yardım etməkdə davam edir. Con Kerrinin ultimatumuna baxmayaraq, Tehran nüvə proqramından tam şəkildə imtina etmir. Obama administrasiyası İranda ABŞ-la danışıqların əleyhinə olan hərbi dairələrlə Ruhani administrasiyası arasında kəskin ziddiyyətlərin olmasından xəbərdardır. Neftin qiymətinin aşağı düşməsinin davam etməsi İranda sosial narazılığı artıra bilər ki, bu da ABŞ və İsrailə nifrət edən hərbi dairələrin mövqeyini gücləndirəcək”.

“BRİKS ölkələri neftin qiymətinin enməsi nəticəsində böyük gəlir əldə edir”

Məqalədə qeyd edilir ki, İraq, Liviya və Nigeriyada işləyən Qərb şirkətləri yüz milyonlarla dollar itirib. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Səudiyyə Ərəbistanı şeyxləri üçün də çətinliklər yaradıb: “Bu ölkədə büdcədə neftin qiyməti 72 dollardan götürülüb. Qiymətin aşağı düşməsi digər məhsulların qiymətlərinin artmasına səbəb olacaq. 2011-ci il “ərəb baharı”ndan sonra vətəndaşlara vəd edilən həyat şəraitinin yaxşılaşması, yaşayış evlərinin inşası, yeni iş yerlərinin yaradılması, sosial yardımların artırılması kimi sosial proqramları reallaşdırmaq çətin olacaq. Ər-Riyad Misir prezidenti general Sisiyə “Müsəlman qardaşlar”ın sonuna çıxması müqabilində illik 160 milyon dollar vəd edib. Bu vəd yerinə yetirilmədiyi təqdirdə İrana qarşı çıxış edən Misirdə nə baş verəcək? İraq və Suriyada hakimiyyət dəyişikliyi üçün müxtəlif silahlı qruplara külli miqdarda vəsait xərclənsə də, məqsədə nail olunmayıb. İndi həmin dairələrə əlavə vəsait xərcləmək mümkün olmayacaq”. Məqalədə qeyd edilir ki, neftin qiymətinin aşağı düşməsi ABŞ-a təsir edib. Sıxılmış neft və qaz ehtiyatlarının axtarılması və işlənməsi artıq rentabelsiz olduğundan ABŞ və Kanada ərazisində 90 belə platforma fəaliyyətini dayandırıb. “British Petroleum” dünya üzrə milyardlarla dollar itirdiyindən yeni yataqların kəşfiyyatı və investisiyalarını 20 faiz ixtisara salıb. Bu vəziyyət “Chevron”dan da yan keçməyib. Qeyd edilir ki, “Royal Dutch Shell Oil” və “BP”nin neft emal edən zavodlarının 4 mindən çox əməkdaşı tətilə çıxıb. Ohayo, Kaliforniya, Kentukki, Texas və Vaşinqtonda yerləşən zavodların işçiləri də tətilə çıxaraq onlarla kollektiv saziş imzalanmasını tələb edirlər. Son on illik ərzində ABŞ-da belə miqyaslı işçi tətilləri olmamışdı. Liviyada yanğın nəticəsində 800 min barel neftin itirilməsi və neftin qiymətinin aşağı düşməsi nəticəsində İraq və Nigeriyada yaranan qeyri-stabil vəziyyət də Vaşinqtonun maraqlarına uyğun deyil: “ABŞ və Səudiyyə Ərəbistanının yeganə qələbəsi o oldu ki, onlar OPEK-i işə yaramaz bir təşkilata çevirdilər. Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliyi İran, İraq, Əlcəzair, Venesuela və Ekvador kimi OPEK nəhənglərinə qarış vahid cəbhədən çıxışı etdilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info