Manatın ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq
Tarix: 23.02.2015 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Şəhriyar Muxtarov: “Yerli istehsal güclənəcək”

Azərbaycanda milli valyuta olan manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsi zərurətdən irəli gələn iqtisadi proseslərin tərkib hissəsi olmaqla, qlobal iqtisadi maraqlara, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin qorunmasına və cəmiyyətin mənafelərinə uyğun bir şəkildə həyata keçirilib. Digər ölkələrdə bu baxımdan baş verən kataklizmlərdən fərqli olaraq, sadə vətəndaşlar dolların bahalaşması ilə bağlı heç bir gərginlik müşahidə etmirlər. Qiymətlər əsasən sabit saxlanılıb. Dövlət tərəfindən süni qiymət artımına yol verilməməsinə ciddi nəzarət var ki, bu da proseslərin ictimai maraqlara uyğun məcrada getməsini təmin edir Həmçinin əhalinin bank əmanətləri əsasən xarici valyutada olduğuna görə, bank əmanətləri sahəsində də hər hansı ciddi problem müşahidə olunmadı. Milli Bankın sədri manatın dollara nisbətdə kursunun dəyişəcəyini bəyan etdikdən sonrakı bir həftə ərzində əhalinin əksər hissəsi banklardakı əmanətlərin xarici valyutaya konvertasiyasını həyata keçirdi. Hökumət əhalinin əziyyət çəkməməsi üçün hamıya əlverişli şans yaratdı. Xüsusilə onu qeyd etməyə dəyər ki, vəsaitlərini xarici valyutada saxlayan böyük əksəriyyət hətta uduşlu vəziyyətdədir. Həmçinin kreditlərin əksər hissəsi manatla verildiyinə görə kredit alan şəxslər də hər hansı problemlərlə üzləşməyiblər. Bu, vəziyyət həmçinin istehlak mallarını kreditlə alan şəxslərə aiddir. Buradan bir daha anlaşılır ki, manatın məzənnəsinin düşməsi kreditləri əsasən manatla götürmüş olan Azərbaycan vətəndaşlarının xeyrinədir.
Eyni zamanda, ölkə vətəndaşları bu dəyişikliyi dövlətin büdcəni qorumaq, öz öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün zəruri addım kimi qiymətləndirir və mövcud qərara anlaşıqlıqla yanaşırlar. Vətəndaşlar hesab edirlər ki, digər neft istehsalçısı olan ölkələrdə daha mürəkkəb və problemli vəziyyət mövcuddur. Bir çox ölkələrdə hökumət ciddi qiymət artımı və inflyasiyanın kəskin yüksəlməsinin qarşısını almaqda acizdir. Bunu, hətta, Azərbaycan qonşuluğunda yerləşən və dəfələrlə böyük olan ölkələr barəsində də əminliklə bildirmək olar. Amma ölkəmizdə hökumətin düşünülmüş siyasəti nəticəsində bu problem yoxdur.Bu isə isə vaxtilə neftdən gələn gəlirlərimizin qeyri-neft sektoruna yatırılması, həmçinin bu valyutaların düşünülmüş şəkildə şaxələndirilməsinin nəticəsidir. Eyni zamanda, valyuta rezervlərindən istifadə etməyimiz, manatın məzənnəsinin düşdüyü ilkin situasiyada xarici ölkələrdə müşahidə edilən kataklizmlərin bizdə qarşısını tamamilə almağa imkan verdi. Ekspertlər də bildirirlər ki, bu baxımdan Mərkəzi Bank da çox düzgün monetar siyasət yürütdü. Buna görədə məzənnə gərginliklərindən Mərkəzi Bank uğurla çıxdı.

“Yerli istehsala investisiyaların qoyulması asanlaşacaq. Yeni investisiyaların qoyulması isə milli istehsal sahəsində yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq”

Qeyd edilənlərdən başqa, milli manatın dollara nisbətdə dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, xarici investisiyaların stimullaşdırılmasına xidmət edir. İqtisadçı ekspert, Qafqaz Universitetinin Dünya iqtisadiyyatı kafedrasından Şəhriyar Muxtarov bizimlə söhbətində bildirdi ki, milli iqtisadiyyatyın şaxələndirilməsi,ixracat potensialının artırılması, ticarət sferasında balanslaşdırmanın olması üçün bu addımın atılmasının xeyri var: “Məlumdur ki, bizim üçün bu gün ən prioritet sahə qeyri-neft sektorumuzu daha da inkişaf etdirmək, onun payını neft sektoruna nisbətən daha da çoxaltmaqdır. Bunun üçün həyata keçirilməli olan tədbirlərdən biri qeyri-neft sektorunda ixracat potensialının artırılmasıdır. Belə bir halda, milli valyutanın dəyərinin dollara nisbətən aşağı salınması ixracat potensialımızı artırır.Yəni yerli istehsalımızın dünya bazarında rəqabət qabiliyyəti də artmış olur. Onu da nəzərə almalıyıq ki, bizim əsas ticarət tərəfdaşlarımız olan ölkələr də öz valyutalarının dəyərini kəskin şəkildə aşağı salıblar. Bu da sözügedən sahədə onlarla uzlaşma tələb edirdi. Ona görə də manatın məzənnəsinin belə bir situasiyada aşağı salınması, ticarət tərəfdaşlarımızla ticarət mübadiləsində də bizə yardım etmiş olur. Həmçinin bununla yerli mallarımızın qiyməti, idxal edilmiş malların qiymətinə nisbətən ucuzlaşmış olur. Bu da o deməkdir ki, milli istehsala dəyər və diqqət cəmiyyət tərəfindən də artmış olur. Milli istehsalın dəyəri idxal məhsullarından daha ucuz olduğu üçün alıcılar yerli istehsala üstünlük vermiş olacaqlar. Nəticədə yerli istehsala tələbat daha da artacaq. Bu isə öz növbəsində yerli istehsala investisiyaların qoyulmasını asanlaşdırmış olacaq. Yeni investisiyaların qoyulması isə milli istehsal sahəsində yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq”.
Göründüyü kimi, sözügedən proseslərin ölkədə məşğulluq qabiliyyətinin daha da yüksəlməsinə səbəb olacağı qənaətinə dəgəlmək olar.

İlkin AĞAYEV








 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info