“Ermənistanda iqtisadi aktivlik 52,2 faiz aşağı düşüb”
Tarix: 23.02.2015 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


“Nyus.am”: “Ötən il Rusiyadan transfertlər 10,7 faiz və ya
172,4 milyon dollar azalıb”

“Rusiya iqtisadiyyatında yaranan çətin vəziyyət bu ölkədə çalışan əmək miqrantlarının da işinə də pis təsir edib. Valyutanın kursunda baş verən dəyişikliyə görə pul transfertlərində yaranan çətinliklər, ikirəqəmli inflyasiya, iş yerlərinin ixtisara düşməsi kimi problemlər erməni əmək miqrantları üçün çətin vəziyyət yaradıb”.
Bu fikirlər “Nyus.am” saytında yayılan məqalədə yer alıb. Yazıda qeyd edilir ki, erməni miqrantlar çətin şərtlər altında olsa belə, yenə də Rusiyada qalıb işləməyə məcburdurlar: “Ay ərzində qazanılan pulların azalması, rublun dəyərdən düşməsi və miqrantlar üçün bir sıra çətinliklərin yaradılmasına baxmayaraq, ermənilər geri qayıtmaq istəmir. Çünki qayıdıb Ermənistanda iş yeri tapa bilməyəcəklərinə əmindirlər. Bu vəziyyət Ermənistanda əhalinin böyük əksəriyyətinin dolanışığını təmin edən Rusiya transfertlərinin azalmasına səbəb olub. “Rusiyadan transfert axını”nda irimiqyaslı azalma qeydə alınır. Rəsmi rəqəmlərə əsasən, ötən il banklar vasitəsilə qeyri-kommersiya məqsədli transfertlər 141,2 milyon dollar azalıb. Doğrudur, Rusiya istisna olmaqla digər ölkələrdən transfertlərdə artım olub. Amma digər ölkələrdən olan transfertlər ümumi transfert payında o qədər də böyük yer tutmurlar. Əsas axın Rusiyadandır.

“Birinci İnformasiya”: “Ermənistanın xarici ticarət həcmi 30,4 faiz, ixracı 20 faiz azaldığı halda, idxal 31,2 faiz artıb”

Belə ki, Ermənistana pul transfertlərinin 83 faizi Rusiyadan olur. Ümumi hesablamalar ötən il Rusiyadan transfertlərin 10,7 faiz və ya 172,4 milyon dollar azaldığını təsdiqləyir. Ən böyük azalma ötən ilin dekabr ayında qeydə alınıb. Həmin vaxt Rusiyada iqtisadi vəziyyətin ən kritik olduğu vaxt olub. Həmin ayda Rusiyadan Ermənistana transfertlər 1,6 dəfə və 63 milyon dollar az olub. Daha bir maraqlı detal odur ki, ötən il Ermənistandan Rusiyaya transfert axını 12,7 faiz artaraq 22.9 milyon dollar olub”. Bu məsələ ilə bağlı daha bir məlumat “Birinci İnformasiya” saytında yayılıb. Sayt yazır ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması ölkənin iqtisadi perspektivi üçün müsbət heç nə vəd etmir: “Ermənistan Milli Statistika Xidmətinin yaydığı məlumata görə, 2015-ci ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik 52,2 faiz aşağı düşüb. Eyni dövrdə sənaye istehsalı 6,3 faiz, ticarət dövriyyəsinin həcmi 7,4 faiz aşağı düşüb. Ən böyük azalma qeydə alınan sahələrdən biri də elektrik enerjisi istehsalıdır. Belə ki, elektrik enerji istehsalı 20 faiz aşağı düşüb. Ermənistanın xarici ticarət həcmi 30,4 faiz, ixracı 20 faiz azaldığı halda, idxal 31,2 faiz artıb. Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ticarət dövriyyəsi bu statistikada nəzərə alınmayıb. Onların nəzərə alınmasından sonra rəqəmlərdə dəyişiklik olacaq, amma yaxşılığa doğru yox. Çünki son günlər dünya reytinq agentlikləri Rusiyanın iqtisadi və kredit reytinqini aşağı salmaqdadır. Ermənistan iqtisadiyyatı Rusiyaya bağlı olduğundan burada vəziyyətin daha da pisləşməsi qanunauyğunluqdur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info